Orta çağda ilan sancması hər zaman təsadüfən baş verən hadisə deyildi. Bəzən bu təhlükəli təmas bilərəkdən tətbiq edilən müalicə üsulu idi. Zəhərli heyvanların sancmaları tibbi mənbələrdə tez-tez qeyd olunurdu. İlanlar isə həm qorxulu, həm də şəfa verici canlı kimi qəbul edilib.

İlan sancması ilə immunitet qazanmaq
Həmin dövrdə inanılmaz müalicə üsulları mövcud idi. Onlardan ən diqqət çəkəni isə ilan sancması vasitəsilə immunitet qazanmaq idi. XIII əsrin sonlarında Avropada təhsil almış həkimlərin əlində Yunan, Roma və Ərəb təbabətinə aid saysız-hesabsız mənbə mövcud idi. Bu mənbələrdə ən çox öyrənilən canlılar arasında ilanlar və quduz itlər xüsusi yer tutub. Quduz itlər hətta “zəhərli tüpürcək” səbəbindən zəhərli heyvan kimi qəbul edilib.
İnsanlar bəzən ilan tərəfindən yüngülcə sancılıb və ya kiçik dozada zəhərə məruz qoyulub. Məqsəd bədənin gələcəkdə baş verə biləcək zəhərlənmələrə qarşı daha davamlı olması idi. Bu üsul bir növ təbii peyvənd sayılırdı.
İlan zəhərini panzəhərə çevirmək ideyası I əsrdə yaşamış Andromaxa məxsus idi. Onun hazırladığı “Böyük Theriac” əsrlər boyu Avropada məşhur panzehir kimi istifadə olunub. Qalen də bu formulun istifadəsini tövsiyə edib. Qarışığın tərkibində ilan əti ilə yanaşı, müxtəlif otlar və mineral maddələr də var idi.
O dövrün tibbi mənbələrində ilanlar adətən üç adla qeyd edilirdi: serpent, viper və asp. “Viper” bütün zəhərli ilanlara şamil edilirdi, “asp” isə daha təhlükəli növlər üçün istifadə olunurdu.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı
