Bu gün:

Qəhvədə qurbağa görmək nə deməkdir?


Qəhvədə qurbağa görmək insanın başına gələcək pis hadisələrə və ya pis xəbərlərə yozulur. Digər fal mütəxəssislərinin fikrincə, bu, şəxsin qohumu üçün də pis xəbər kimi yozulur. Bu vəziyyət həm maliyyə, həm də sağlamlıq baxımından da önə çıxa bilər. 

Qurbağa şəklini görmək nə deməkdir?

Qurbağa şəklini görmək insanın ayrılması və ya aldadılması kimi yozulur. Xüsusilə də sevgilinin aldadılması ilə münasibətin bitəcəyinə işarə edir. Eşq həyatındakı pis gedişat səbəbiylə bir müddətlik depressiya şərh edilir. Belə məqamlarda psixoloji baxımdan peşəkar dəstək almaq zəruridir. Eyni zamanda, insan sevgilisindən ayrıldığı zaman dostlarından, ailəsi və qohumlarından dəstək ala bilər.

Bəxtdə qurbağa görməyin mənası nədir?

Fincanda qurbağa görmənin mənası da xəbərdarlıq kimi ifadə edilir. Xüsusən də, iş həyatı yaşayan insanların yaxın zamanlarda bu işi tərk edə və ya işdən çıxarıla biləcəyinə yozulur. Əgər həmin insan işləyən adam deyilsə, onun ailəsi və ya yaxın dostları ilə mübahisə edə biləcəyinə göstərir. Maddi və mənəvi baxımdan baş verə biləcək mümkün pis vəziyyətlərdən xəbər verən bir vəziyyətdir. Hazırlıqlı və diqqətli olmağa işarə edir.

Qurbağa başını görmək nə deməkdir?

Qurbağa başını görmək insan üçün sağlamlıqla bağlı pis xəbər alacağına yozulur. Xüsusilə, onun ciddi bir xəstəliklə üzləşə biləcəyinə işarə edir. Onun bu xəstəliyə qarşı mümkün qədər tez tədbir görməsi barədə ehtimallar irəli sürülür. 

Fincanda çoxlu qurbağalar görmək nəyə işarə edir?

Bəxtdə birdən çox qurbağa görmək pis hadisələrin bir-birinin ardınca gələcəyinə işarə edir. Xüsusilə, iş həyatında, ictimai həyatda və ya ailə həyatında gərgin vəziyyətlər yarana bilər. Pis xəbərlər dedikdə maliyyə qeydləri, işdən çıxarılma və ya mübahisələr kimi vəziyyətlər nəzərdə tutulur. Bütün bu hallar ardıcıl olaraq və ya eyni anda baş verə bilər. Bunlara qarşı güclü olmaq üçün həm psixoloji, həm də maddi cəhətdən hazır olması lazım olduğunu göstərir.

Qəhvə boşqabında qurbağa görməyin mənası nədir?

Qəhvə boşqabında qurbağa görmək həm müsbət, həm də mənfi şəkildə izah edilə bilır. Xüsusilə, həmin insanın ətrafında baş verə biləcək pis hadisələrdən də bəhs edir. Bu hadisələr öz nöqteyi-nəzərindən və ya yaxınlarının başına da gələ bilər. Ancaq ciddi mübarizə və səbr nümayiş etdirirsə, tezliklə bütün bu problemlərdən qurtulacaqdır. Özünü ruhən tərk etmək və ya həddindən artıq maliyyə problemləri ilə mübarizə aparması insanın bu problemlərlə daha uzun müddət birlikdə ola biləcəyindən xəbər verir.

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et