Yayın gəlişi ilə artan temperaturdan təkcə bədənimiz deyil, elektron əşyalarımız da təsirlənir. Bəs niyə isti havalarda telefonlar işləməkdə çətinlik çəkir və buna qarşı necə tədbir görə bilərik?

Telefonu doldurulmuş vəziyyətdə qoymayın. Telefonunuzu çox isti bir mühitdə doldursanız, cihazın daha da istiləşməsinə səbəb olarsınız.
Günəş işığından çəkinin “Birbaşa günəş işığından qorunmaq ən vacib şeylərdən biridir. Telefonu avtomobildə qoymayın, mümkün qədər kölgədə saxlayın”, - deyə Dr. Gül qeyd edir. GPS və ya istifadə etmədiyiniz hər şeyi söndürün. Nə qədər az proqramdan istifadə etsəniz, telefonunuz bir o qədər az istilik əmələ gətirir. Aşağı güc rejimini yandırın bunun üçün telefonunuzun aşağı güc rejimindən də istifadə edə bilərsiniz. Başqa bir tövsiyə, telefonunuzu bir neçə dəqiqə söndürün, soyumasını gözləyin və sonra yenidən yandırın. Soyuducuya və ya dondurucuya qoymayın.
Mənbə: bbctürk
Tərcümə etdi: Səadət Quliyeva
