Bu söz latın dilində su mənasını verən “aqua” və nəbz mənasını verən “faba” sözlərinin birləşməsindən əmələ gəlib. Olduqca sərt ola bilən paxlalı bitkilərin istifadəsindən əvvəl su ilə yumşaldılması lazımdır və bu prosesdə əmələ gələn suya aquafaba deyilir. Bu su, paxlalı bitkilərin qaynadıldığı və ya bir müddət saxlandığı su ola bilir.
Vegan qidalanmasında böyük əhəmiyyət kəsb edən Aquafaba, qidaları bir-birinə bağlayan bir qidadır. Xüsusilə yumurtaya və ya veganlara qarşı allergiyası olanlar tərəfindən yumurtaya alternativ olaraq istifadə edilir. Əslində bu söz bütün paxlalı bitkilərin şirəsinə verilən ümumi ad olsa da, veganlar yumurtanın xüsusiyyətlərini daha çox daşıdığı üçün noxuddan əldə edilən mayedən xüsusilə istifadə edirlər.
Afuafaba necə istifadə olunur?
Konservləşdirilmiş noxud suyunu və ya noxudu saxladığınız suyu bir qabda saxlayın və otaq temperaturuna qədər buraxın. Bankanın suyu daha çox gözləndiyi üçün daha tündləşəcək və istədiyiniz konsistensiyaya çatmaq üçün daha az vaxt lazım olacaq. Bu mayeni yumurta ağında olduğu kimi mikserlə çalın, ağ və köpüklü bir nəticə əldə edəcəksiniz. Normalda yumurta istifadə etdiyiniz tortlar və mayonez kimi məhsullarda bu köpüyü yumurta yerinə istifadə edə bilərsiniz və ya bir az hindistan cevizi, zeytun yağı, sirkə və duz ilə çırparaq vegan yağı hazırlaya bilərsiniz.
Mənbə: Habertürk
Tərcümə etdi: Səadət Quliyeva
