
İnsanlar çox vaxt xəttatlıq və əl yazısının sinonim olduğunu düşünürlər, lakin belə deyil. Ümumiyyətlə, xəttatlıq üslublu, bəzəkli hərflərdən ibarətdir. Bu, həqiqətən də, yazmaqdan daha çox sənətdir. Əksinə, əl yazısı hər gün bir şeyi qeyd etmək üçün istifadə etdiyiniz üslub və texnikaya aiddir. Əl yazısı xəttatlıqdan daha sürətli və daha praktik olmalıdır. Hər kəsin öz şəxsi yazı üslubu olsa da, onu həmişə təkmilləşdirmək olar.
Taktikalar:
Fərqli şrift üslubları
Gözəl və rahat tutuşu olan qələm
Əvvəlcə boş bir notebookda çoxlu məşq edin
Kağız tutma bucağını tənzimləyin (Məsələn, balaca olanda bizə onu dik tutmağı öyrədirdilər, amma insanların çoxu kağızı yan tutaraq daha rahat yazır)
Asan oxunan və aydın hərflərə diqqət yetirin
Mənbə:hcagla.com
Tərcümə etdi:Sayad Qoşnalıyeva
