16.000 illik rəsmlər göstərir ki, tarixdən öncəki insanlar ‘şaman təlim mağarasına’ daxil olmaq üçün həyatlarını riskə atıblar.
Fransız Pireneylərində, əldə edilməsi son dərəcə təhlükəli olan bir mağaranın dərinliklərində tapılan tarixdən öncəki rəsmlər göstərir ki, ovçu-toplayıcılar rituallar həyata keçirmək üçün həyatlarını təhlükəyə atıblar. Etxeberri Mağarası kimi tanınan bu yer Paleolitik insanlar tərəfindən kəşf edilmiş ən çətin mağaralardan biri hesab olunur və şamanlığa namizəd olanların həyatlarını gözardı edərək yerinə yetirdikləri bir növ inisiyasiya (yetkinləşmə) mərasimi çərçivəsində bəzədilmiş ola bilər.
Yeni tədqiqatın müəllifləri bu qədim mağara sakinlərinin mağaranın ən dərin hissələrinə çatmaq üçün izlədikləri marşrutları araşdıraraq, sənət əsərlərinin yerləşdiyi yerlərə çatmaq üçün aşılması lazım olan çətinlikləri yenidən canlandırıblar. Təxminən 16.000 il əvvəl yaradılan bu rəsmlər qırmızı oksid boyası, qara kömür və qəhvəyi gil ilə çəkilmiş; atlar, bizonlar, insan fiqurları və abstrakt simvollar təsvir olunub.
Çox dar keçidlərdən sürünərək keçməklə yanaşı, dik divarlardan aşağı enməli olan bu tarixdən öncəki mağara sakinləri, həmçinin ‘Mələkin Dəliyi’ kimi tanınan 16 metrlik dik uçurumun üzərindəki ‘son dərəcə açıq bir çıxıntını’ da aşmaq məcburiyyətində idilər. Tədqiqatın müəllifi Iñaki Intxaurbe bildirir: ‘Əsas eniş 16 metrdir, amma əslində 60 metr boyunca davam edir. Yəni çox təhlükəlidir.
Tədqiqatçılar yazırlar: "Ən kiçik bir səhv addım, ip kimi dəstək olmadan ölümcül olardı". Lakin bitki liflərindən hazırlanmış iplər tez çürüdüyü üçün, Etxeberri Mağarası’nda istifadə edilmiş ola biləcək dırmanma ipləri günümüzə çatmaya bilər və bu texnologiyanın istifadə olunub-olunmadığını təsdiqləmək mümkün deyil.
Eyni zamanda tədqiqatçılar dar keçidləri açmaq və ya maneələri aradan qaldırmaq üçün istifadə edilmiş kimi görünən qılıncdaş alətlər tapıblar. Intxaurbe görə, bu, tarixdən öncəki mağara sakinlərinin əslində ‘bu gün mağaraçılıqda istifadə etdiyimiz texnologiyaların eynilərini’ daha primitiv formada inkişaf etdirdiklərini göstərir.
Bəs bu qədim ovçu-toplayıcılar bütün riskləri göz önünə alaraq niyə bu təhlükəli mağaranın divarlarına iz qoyublar? Müəlliflər hesab edirlər ki, rəsmlərin keyfiyyəti bir ipucu verir. Məsələn, mağaranın ən asan çatılan hissələri daha böyük və diqqətlə hazırlanmış sənət əsərləri ilə bəzədilmişkən, daha dərin və çətin çatılan bölmələrdə daha xam rəsmlər tapılır.
Intxaurbe buna görə, ilk qrupun kollektiv rituallarda istifadə olunmaq üçün bir şaman tərəfindən çəkilmiş ‘ictimai’ rəsmlər ola biləcəyini irəli sürür. Daha dərinlərdəki xam rəsmlər isə "tələbələr, yəni gələcəkdə şaman olacaq, amma bu çətin yerlərə çatıb rəsmlər çəkməli olan uşaqlar və ya gənclər tərəfindən çəkilmiş ola bilər".
"Yəni mağaranın bütünü gələcək şamanlar üçün bir təlim sahəsi kimi istifadə olunmuş ola bilər," – deyir Intxaurbe. Lakin o, bunun yalnız bir hipotez olduğunu vurğulayır.
Bu nəzəriyyə hələ təsdiqlənməsə də, ən azı bu sözde şagirdlərin heç birinin ölümcül səhv etmədiyi məlumdur. Intxaurbe bildirir:" Etxeberri mağarasının içində heç bir insan qalıqları tapmadıq. Yəni, onlar mağaradan çıxa biliblər".
Mənbə: Arkeofili
Tərcümə etdi: Aytac Musayeva
