Bu gün:

Kitab oxumağın faydaları nələrdir?


Kitab oxumaq insanı başqa aləmlərə aparır. İnsanlara müxtəlif şeylər öyrədir. Kitab oxumaq daha çox yaşamaq, görmək və öyrənməklə yanaşı, insana çox şey qatır. Kitab insanın nitqinə, həyata baxışına, ağlının işləməsinə, daha sağlam və fit bir insan olmasına kömək edir.

Kitab oxumağın faydaları nələrdir?

Diqqəti gücləndirir.

Yaradıcılığı artırır.

Yaddaşı gücləndirir.

Stressi azaldır.

Şifahi və yazılı bacarıqların inkişafına kömək edir.

Biliyi artırır.

Empatiya bacarıqlarının inkişafına kömək edir.

Daimi mütaliə söz ehtiyatını genişləndirir.

Kitab oxumağın vacibliyi nədir?

Kitab oxumaq insanın yeni dünyalara səyahət etməsidir. Bu, insana yeni hisslər, yeni şəhərlər, yeni insanlar tanımağa imkan verir. Daimi kitab oxumağın əhəmiyyəti saysız-hesabsızdır. Oxuyanlarla oxumayanlar arasında aydın fərqlər var. Kitab oxumaq qısa zamanda çox şey yaşamaq, görməkdir. Hətta insanın beyin inkişafına da təsir edir.

Kitab oxumaq bizi necə inkişaf etdirir?

Kitab oxumaq insanlara gedə bilmədikləri yerlərə getməyə, görə bilmədiklərini görməyə və ya heç vaxt yaşaya bilməyəcəyi duyğuları yaşamağa imkan verir. Hər hadisə insana təsir etdiyi kimi kitab oxumaq da insana təsir edir, böyüdür, öyrədir. Kitab oxumaqla daha çox yaşayırıq, daha çox görürük.

 Kitab oxumaq vərdişinin faydaları nələrdir?

Kitab oxumaq vərdişi sözlərin altındakı dərin mənaları tanımaqda, özünü bir çox fərqli şəkildə ifadə etməkdə və qarşıdakı insanı daha yaxşı başa düşməkdə çox təsirlidir. Beyni yaxşılaşdıran və yaddaşı artıran kitab oxumağın faydaları saysız-hesabsızdır. 

Oxumaq zəkanı inkişaf etdirirmi?

Müntəzəm olaraq kitab oxuyan insanların beynində yeni neyron əlaqələrinin yarandığı görülür. Bu, zəkanın inkişafının və onun imkanlarının artmasının müşahidəsinə səbəb olur.

Danışmaq üçün kitab oxumağın hansı faydaları var?

Kitab mütəmadi oxunduqda yaddaş güclənir, söz ehtiyatı genişlənir, ifadə qabiliyyəti yüksəlir. Empatiya qabiliyyətinin formalaşması və bütün bunlar insanların şifahi danışmasına və fikirlərini ifadə etməsinə kömək edir.

Mənbə: Sabah.com.tr

Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et