
Aloe veradan istifadə
Aloe vera bitkisi iki şəkildə istifadə olunur.Ağız yolu və dəriyə tətbiq olunaraq.
Aloe veranın faydaları:
1. Aloe vera həzm sistemini gücləndirir.
2. Mədə xəstəliklərini minimuma endirir.
3. Dəridə kompres əsaslı müalicə elementinə çevrilən bu bitki köhnəlmiş hüceyrələri yeniləyərkən nəmləndirmə üçün istifadə edilə bilər.
4. Dəriyə aloe vera yağı və ya aloe vera sabunu tətbiq edildikdə, quru dərilərdə ümumi qabıqlanma və qızartı problemlərinin sağalmasına kömək edir.
5. Günəş şüalarının zərərli təsirindən yaranan yanıqlar, dəri iltihabları və yanıqlar aloe vera komponentlərinin köməyi ilə müalicə olunur.
6. Kolon xərçəngi riskini azaldır.
7. Bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur.
Bağırsaq göbələklərini aradan qaldırır.
Məlumdur ki, böyrəkləri xəstəliklərdən qoruyan təsirə malik olan aloe vera orqanizmdə fermentləri saxlamaq qabiliyyətinə malikdir.
8.İnfeksiyanın əmələ gəlməsinin qarşısını alır.
9. Maddələr mübadiləsini sürətləndirir.
10. Qana oksigeni yeridən aloe vera bitkisinin iltihab problemlərində də müalicəvi quruluşa malik olduğu müşahidə edilmişdir.
11. Aloe vera sızanaqları müalicə etmək üçün istifadə olunur.
12. Günəş yanığı üçün faydalıdır. Antioksidant xüsusiyyətləri sayəsində dəri yanıqlarını tez müalicə edir.
13. Dərinin qocalmasının qarşısını alır.
14. Aloe vera bitkisi ilkin mərhələdə xərçəng şişlərinin yaranmasının qarşısını ala bilər.
15. Xolesterol səviyyəsini tarazlıqda saxlayır.
16. Ürək-damar sağlamlığı üçün faydalıdır.
17. Qan dövranını sürətləndirir və damarların tıxanmasının qarşısını alır.
18. Aloe veralı gel və sabun kiçik dəri allergiyasını müalicə edir.
19. Aloe vera depressiya və psixi pozğunluqlara səbəb olan problemləri aradan qaldıra bilər.
20. Aloe vera bitkisi radiasiyanın təsirini azalda bilər.
21. Aloe vera antimikrobiyal xüsusiyyətlərə malikdir.
22. Bədəndə mineralları və vitaminləri saxlayır.
23. Şəkərli diabet üçün faydalı olduğu müşahidə edilmişdir.
24. Aloe veralı gel həşərat dişləmələrinə qarşı faydalıdır.
25. Aloe vera kremi sızanaqları aradan qaldırmağa kömək edir.
26. Ekzema və sedef xəstəliyinə yaxşı gəlir.
27. Aloe vera bitkisini qaynadıb içdikdə astma xəstəliyinin təsirini azaldır.
28. Aloe vera suyu göz iltihablarını aradan qaldırır.

Aloe Vera bitkisi bol günəşli və yüngül meh olan yerləri sevir. Xüsusilə axşam küləyini sevən bu bitkinin sevimli fəsli bahardır. Havanın temperaturu 10 dərəcədən aşağı düşəndə onu çölə çıxarmaq olmaz. Soyuq havalardan asanlıqla təsirlənən bitkidir. Yarpaqların və kök hissəsinin qəfil donması və bunun nəticəsində çürümə baş verə bilər.
Mənbə: Sabah
Tərcümə etdi: Lamiyə Cənnətzadə
