Çoxdan gözlənilən yay fəsli gəldi, yəni havalar isinməyə başlayır və günlər uzanır. Ancaq mütəxəssislərin fikrincə, yay aylarının ən xoş məqamlarından bəziləri yuxu rejimini poza bilər. Yayda artan işıq, istilik və sosiallaşma yuxunuzu poza bilər. Xüsusilə yay aylarında yatmazdan əvvəl etməməli olduğunuz 3 şey...

"Yuxu həkimi" kimi tanınan klinik psixoloq və Amerika Yuxu Tibb Akademiyasının üzvü Maykl Breus "Yay fəsli başqa fəsillərdə görmədiyimiz unikal maneələr təqdim edir",- deyə qeyd edib.

Breus bəzilərini belə sadaladı: Daha çox işıq, istilik və sosiallaşmaq
Breus izah edir ki, yayda daha uzun günlər daha çox işığa məruz qaldığımız deməkdir. Üstəlik, yaz vaxtı dünyanın əksər hissəsində yayda tətbiq olunur və bu, axşam günəş işığına daha bir saat əlavə edir. "İşığa məruz qalma ritmimizə, gündüzlər bizi aktiv, gecələr isə yuxu saatımıza təsir edir".

Eynilə, yay istisi necə yatmağımıza təsir edə bilər. "Yuxu, bədən istiliyinin əsas dövrünü izləyir" deyən Breus, gecə bədən sərinləşə bilmədikdə yaxşı yatmağın daha çətin ola biləcəyini söyləyib.
Mənbə: Habertürk
Tərcümə etdi: Aytən Nazim
