Bu gün:

Qovun seçərkən bunu etdiyinizə əmin olun!


Masalarda qovun və qarpız dövrü başladı. Qovunun şipşirin olmasını istəsəniz, seçimə diqqət yetirməlisiniz. C vitamininin yaxşı bir anbarı olan qovun bağırsaqları da dəstəkləyir. Budur şipşirin qovun seçiminin ipucusu...

Qovun ən çox sevilən yay meyvələrindən biridir. Ancaq onun seçimi çətindir. Şəkər kimi çıxa bilər, acı da ola bilər. Bəs, qovun necə seçilir?

Qovun qəhvəyi olduqda onu yemək üçün ən yaxşı vaxtdır və bu şirin olduğunu göstərir.

Yalnız qovun qoxusunu hiss etmək imkanınız varsa, ortasına toxunun. Barmağınızın bir az nəm olduğunu görsəniz, yeməyə hazırdır.

Qovun nə üçün faydalıdır?

Qovun immunitet sistemini dəstəkləyir.

C vitamini ilə zəngin olan qovun bakteriya və mikrobları dəf edir.

Qovun bədəni infarkt və ateroskleroz riskindən qoruyur.

Çox miqdarda C vitamini olan qovun sərbəst radikallarla mübarizə aparır, xərçəngə məruz qalmağı azaldır və inkişaf riskini minimuma endirir.

Bir fincan qovunda təxminən 155 qram su var. Bu su qovun çəkisinin təxminən 90 faizini təşkil edir. Qəbul etdiyiniz su və yediyiniz meyvə və tərəvəzlərdən alınan su da bədəninizdə su və elektrolit balansını qorumağa kömək edir.

Xüsusilə, yayda tərləmə zamanı itirilən suyun əvəzini çıxarmaq üçün bu yaxşı qəlyanaltı ola bilər. Həm də məşqdən sonra sağlam bir qəlyanaltıdır.

Qovun bir çox vitaminləri ehtiva edir. A vitamini saç sağlamlığında mühüm rol oynayır. A vitamini sağlam saçları təşviq edən yağ bezləri tərəfindən sebum istehsalını stimullaşdırır. Daha parlaq, daha canlı saçlar üçün qidalanmanıza qovun əlavə edə bilərsiniz.

Mənbə: CNN Türk

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et