Bu gün:

McDonald's haqqında eşitmədiyiniz faktlar


McDonald's haqqında eşitmədiyiniz təəccüblü faktları təqdim edirik.



 McDonald's-ın ən yaşlı əməkdaşının, hazırda 92 yaşı var. Goh Gwek Eng adlı bu qadın McDonald'sın Sinqapurdakı filialında işləyir. 10 övladı və 20 nəvəsi olan Eng övladları evdən çıxandan bəri evin çox sakitlik olduğunu bildirib. Ona görə də səhhəti imkan verdikcə burada işləməyə davam etmək istəyir.



McDonald's Hasbro və Matteldən daha çox oyuncaq satır. Bütün dünyada ildə, təxminən 1,5 milyard ədəd oyuncaq satılıb. Bunu dərk etdikdən sonra bəzi ölkələrdə 'Happy Meals' ilə birlikdə oyuncaqlar əvəzinə uşaq kitabları yaymağa başladılar. McDonald's hazırda dünyanın ən böyük kitabxanası olan "Konqres Kitabxanası"nda uşaq kitablarının sayından daha çox kitab paylayır.


Ronald McDonald bütün dünyada uşaqlar tərəfindən ən çox tanınan uydurma personajdır. Fotoda da gördüyümüz bu məşhur personaj dünyada aparılan sorğularda Şaxta babadan da çox uşaqlar tərəfindən tanınır.



 6 milyon dollar qazanan Castin Timberleyk McDonald's "I'm Lovin' it" mahnısını ifa edib. Mahnı ilk buraxıldığı ildə həmişə dünyanın (xüsusən də, Avropanın) ən yaxşı "jingle" (intro / kommersiya musiqisi) siyahısında ilk üçlükdə olub.


 McDonald's işçilərinin istədikləri zaman iştirak edə biləcəyi "Hamburger Universiteti" adlı xüsusi bir təlim var. ''Hamburger Universiteti'' hər il, təxminən 7500 tələbənin iştirak etdiyi qlobal təhsil proqramıdır. Proqram ilk dəfə 1961-ci ildə başladığından bəri, 80,000-dən çox insan iştirak edib.


Mənbə: Onedio.com
Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et