Bu gün:

Bu faktlar sizi təəccübləndirəcək


Öyrəndiyinizdə təəccüblənəcəyiniz maraqlı faktları təqdim edirik.

• Hədəflərinizi ətrafınızdakı insanlara elan etdiyiniz zaman motivasiyanızı itirmə ehtimalınız daha yüksəkdir. "Hər kəs mənim ikinci semestr kurslarımda çox yaxşı oxuyacağımın şahididir!''

• Xoruldayarkən yuxu görə bilməzsiniz.

• Qadınlar bəyəndikləri kişi ilə danışarkən daha yüksək səs tonundan istifadə edirlər.

• Sarı rəngin əhatəsində olmaq, diqqətinizi daha asan toplamağa kömək edir. Sarı rəng yuxuya səbəb olan melatonin hormonunun ifrazını azaldır.

• Psixoloqların fikrincə, beynimiz sadə şeyləri gözəl görür.

• Yaponiyada “hörümçək döyüşü” adlı idman növü var və onlar samuray hörümçəklərini bir-biri ilə döyüşmək üçün öyrədirlər.

• Yeni bir araşdırmaya görə, fobiyalarımız DNT-mizə yazılan əcdadlarımızın təcrübələrindən yaranmış ola bilər. Bu nəticəyə görə pis təcrübələriniz gələcəkdə uşaqlarınızda fobiya olaraq görünə bilər.

• Əsnəmək beyni sakitləşdirir və stressi azaldır. Əlavə olaraq; əsnəmək də yoluxucudur.

• Gözəl görünən cütlüklərin qız uşaqları oğlan uşaqlarından 26% çoxdur.

• Marlboro-nun qurucusu ağciyər xərçəngindən öldü.

Mənbə: Onedio.com

Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et