Bu gün:

Antraktidanın bilinməyən tərəfləri


Antarktida haqqında öyrəndiyinizdə təəccüblənəcəyiniz maraqlı faktları təqdim edirik.

• Antarktida yerli əhalisi olmayan yeganə qitədir. Bu qitədə yaşayan insanlar adətən 3-6 ay müddətində bölgəyə araşdırma aparan alimlər idi.


• Argentina və Çili ərazi iddialarına görə, hamilə qadınları Antarktidaya göndərdi, lakin Antarktika Konvensiyasına görə hər iki ölkənin səyləri boşa çıxdı.


• Antarktidada tapılan balıqlarda antifriz proteini var. Bu zülal balıqların şaxtalı soyuqda sağ qalmasına imkan verdi.

• Adolf Hitler balina yağı toplamaq üçün Antarktidaya ekspedisiya göndərib. Bu yağı toplamaqda məqsəd marqarin hazırlamaq və silah sürtmək idi.

• Antarktidada günəşin çıxmadığı aylar var. Qşşda qitə günəşdən kənara əyildiyi üçün günəş çıxmır. Yayda isə bunun əksi doğrudur. Qitə günəşə doğru əyildiyi üçün bütün yay boyu günəş heç vaxt batmır.

• Antarktidada tər tökürsənsə, ölmək üzrəsən. Antarktidada vaxt keçirən insanlar qütb bölgələrində tərləmənin hipodermiya əlaməti olduğunu düşünürdülər. Bu ölümcül hadisənin qarşısını almaq üçün bədən istiliyini tənzimləyə bilən paltarlar seçilməlidir. 

• Antarktidada işləyən insanlar medallarla təltif olundular. 1960-cı ildə Amerika Birləşmiş Ştatları tərəfindən hazırlanmış Antarktika Xidmət Medalı, ABŞ-nin Antarktika Proqramı tərəfindən 2008-ci ildən etibarən ən azı 10 gün buzlaqda işləyən ABŞ ordusunun üzvlərinə və hətta ABŞ vətəndaşlarına verilir.


• Antarktida ABŞ və Meksikanın ərazisinin cəminə və ya Avstraliyanın iki qatına bərabərdir.


• Antarktidada qan şəlaləsinə bənzəyən bir buzlaq var. Qan şəlaləsi adlanan bu buzlaq dəmirlə zəngin olduğundan qan şəlaləsinə bənzəyir və tərkibindəki dəmir oksigenlə təmasda olduqda qırmızıya çevrilir.

• Cənub qütbündəki pinqvinlərin nəcisi “quano” adlanır. Bu nəcis nəfəs aldıqda gülüş qazı olaraq da bilinən yüksək miqdarda azot oksidi ehtiva edir.


Mənbə: Onedio
Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et