Bu gün:

Şam qozalarından dekorativ bəzək əşyaları hazırlamaq


Dekorasiya üçün şam qozalarının istifadəsi evinizə estetik və sevimli bir atmosfer qatmaq üçün əla bir fikir olacaqdır. Gəzərkən və ya bağçanızda tapdığınız şam qozalarını estetik ev bəzəklərinə çevirə bilərsiniz. Hazır ornamentlərdən istifadə etmək əvəzinə öz bəzək əşyalarınızı düzəltmək qənaətli və əyləncəli olacaq. Şam qozalarından qapı bəzəkləri, çiçəklər və qablar hazırlaya bilərsiniz.


Xüsusilə Yeni il vaxtı evinizinə gəldiyinizdə şam qozalarından hazırlanmış dekorativ qapı bəzəyi ilə qarşılaşmaq sizə bayram əhval-ruhiyyəsi hiss etdirəcək. Hazır qapı ornamenti almaq əvəzinə, öz qapı ornamentinizi özünüz hazırlamaq, yaradıcılığınızı inkişaf etdirməyə və öz üslubunuzu göstərməyə imkan verəcək.  Etməli olduğunuz şey kartondan bir dairə kəsməkdir. Daha sonra isti silikonun köməyi ilə kartona istədiyiniz rəngdə bir tülü bükməlisiniz. İndi şam qozalarını yapışdırmaq vaxtıdır. İsti yapışqan istifadə edərək, şam qozalarını dairəyə yapışdırmalısınız. Yapışqan quruduqdan sonra qapının bəzəyini daha rəngli etmək vaxtıdır. Bunun üçün şam budaqları, lentlər və parıldadıcıdan istifadə edə bilərsiniz.  Şam qozalarının üzərinə maye yapışqan çəkib, zər tökərək dizaynınızı gözəlləşdirə bilərsiniz. 

Şam qozalarından bir çiçək hazırlamaq olduqca sadədir. Əvvəlcə şam qozalarını təmizləməyə başlamalısınız. Fırçanın köməyi ilə şam qozalarının içərisindəki qalıqları təmizləməlisiniz. Növbəti addım bağ qayçısının köməyi ilə şam qozalarının uclarını kəsməkdir. Şam qozalarının ortasına qədər bu prosesi davam etdirməlisiniz. Sonra rəngləmə prosesinə keçin. İstədiyiniz rəngi seçməli və bütün şam qozalarının üzərini boyamalısınız. Şam qozalarının ortasını - çiçəyin ortası olacaq hissəni başqa rəng seçərək rəngləməlisiniz. Çiçək hazırlamaq bu qədər sadədir. Çiçəkləriniz hazırdır, indi dekorativ ornament yaratmağın vaxtıdır. Bunun üçün taxta lazımdır. Taxtanı istədiyiniz rəngə boyamalı və qurutmalısınız. Şam qozalarından düzəltdiyiniz çiçəkləri silikon tapancanın köməyi ilə yapışdırmalısınız. Sonra bu çiçəklərə qablar və yarpaqlar əlavə etməlisiniz. Bunun üçün evinizdəki kiçik bir çiçək qabını iki yerə ayıra bilərsiniz. Yarım kəsdiyiniz gül qabını silikon tabanca ilə taxtaya bərkitməlisiniz. Nəhayət, nazik ağac budaqlarından istifadə edərək çiçək sapları düzəltməlisiniz.

Şam qozalarından dekorativ qab hazırlamaq 

İlk növbədə şam qozalarını təmizləməklə başlamalısınız. Eyni ilə şam qozalarından çiçəklər hazırlayarkən izah etdiyimiz kimi bağ qayçısının köməyi ilə şam qozalarının aşağı hissəsini kəsməlisiniz. Bu mərhələdə istəsəniz şam qozalarını rəngləyə bilərsiniz. Sonra şam qozalarını silikon tapancanın köməyi ilə çiçək qabının ətrafına yerləşdirməlisiniz. Qabın hər tərəfi şam qozaları ilə  örtülənə qədər bu prosesi davam etdirməlisiniz.

Mənbə: Armut blog 

Tərcümə etdi: Nuran Əhmədzadə 



Paylaş
Şərh əlavə et