Bu gün:

Evdə necə şam hazırlamaq olar?


Keçmişdə yalnız işıqlandırma məqsədi üçün istifadə edilən şamlar, evdə yaxşı enerji təmin etmək, məkanları bəzəmək üçün istifadə olunmağa başladı. Daim yeniləməli olduğunuz bu bəzək parçaları maddi cəhətdən cibinizə uyğun olmaya bilər. 

Lazım olan ləvazimatlar

Öz şamınızı hazırlamağın başqa bir üstünlüyü ondan ibarətdir ki, siz hansı növ məhsula sahib olduğunuzu bilirsiniz. Əgər qoxuya qarşı həssassınızsa, onu istifadə etməyəcəksiniz.

Parafin şamı şam hazırlamaq üçün ənənəvi istifadələrdəndir və hələ də ən populyarıdır. Yeni başlayanlar üçün yaxşıdır, çünki tez əriyir, ucuzdur, asanlıqla rənglənir və ətirlidir. Ancaq qeyd etmək lazımdır ki, bu şamın əriməsi zamanı ayrılan kimyəvi maddələr bəzi insanlarda qıcıqlanma yarada bilər. 

Soya şamı soya paxlasından hazırlandığından, təmizlənməsi kifayət qədər asan olduğundan getdikcə populyarlaşır. Həm də ekoloji cəhətdən təmizdir. Soya şamının digər şamlardan daha yavaş yandığı bilinir. Şam tamamilə təbiidir və hava təmizləyici xüsusiyyətlərə malikdir, amma qoxusunu və rəngini o qədər yaxşı saxlamır. Yanmış və ya yarı işlənmiş və əyilmiş köhnə şamlardan da istifadə edə bilərsiniz. Köhnə şamlardan istifadə şamı təkrar emal etmək üçün əla bir yoldur. Hər hansı digər şamı əritdiyiniz kimi onu da əridə bilərsiniz.

Şamlarınızı düzəltməyə, hazırlamağa və istifadə etməyə başlamazdan əvvəl təhlükəsizlik tədbirlərini yadda saxlamağı unutmayın. Başlamağa hazır olduğunuzda, şam hazırlamağa qərar verdiyiniz məkanı hazırlamalısınız. Səthi qorumaq üçün onu qəzet ilə örtə bilərsiniz. Daha əvvəl istifadə edilmiş boş şam qabını seçə bilərsiniz və ya özünüz tapdığınız, satın aldığınız dekorativ qabdan istifadə edə bilərsiniz. 

Birinci tapşırıq: Şam qablarının seçilməsi

Şamdanlarla yaradıcı ola bilərsiniz. Daha əvvəl alıb istifadə etdiyiniz şamlar üçün qabları, hətta kiçik bir keramika qablardan da istifadə edə bilərsiniz. Antikvar mağazalar şüşə qablar tapmaq üçün əla yerlər ola bilər. Çay fincanları və kiçik qablar da istifadə edə bilərsiniz. Seçdiyiniz qablar istiliyə davamlı olduğu müddətcə sərbəst seçim edə bilərsiniz. Şüşə və keramika qabların əksəriyyəti istiliyə davamlıdır, buna görə də başlamaq üçün əla vasitə ola bilər.

İstifadə ediləcək şamın miqdarını müəyyən etmək üçün qabların həcmini bilmək lazımdır. İstənilən qabı su ilə dolduraraq ölçə bilərsiniz. Heç bir mumu israf etmədiyinizə əmin olmağın ən asan yolu əvvəlcədən ölçməkdir. 

Böyük bir qazanı yarıya qədər su ilə doldurun. Əgər qazan və ya küpdən istifadə edirsinizsə, onu birbaşa suya endirin. Əgər istiliyə davamlı olmayan  tavadan istifadə edirsinizsə, onu şokoladı əridirmiş kimi benmari üsulu ilə tavanın üstünə qoyun. Şamın əriməsinə icazə verin, vaxtaşırı qarışdırın. Bu prosesin başlaması bir neçə dəqiqə çəkə bilər, buna görə də səbirli olun. Şam tamamilə əridikdə onun görünüşü zeytun yağına bənzəyəcək. Esans əlavə etməzdən əvvəl bir qədər soyumasına icazə verin. 


Şamın soyumasını gözləyərkən şam qablarını hazırlayın. Hər konteynerin təmiz və quru olduğundan əmin olun. Ərinmiş şamdan bir neçə damcı qabın dibinə töküb ipi onun üzərinə qoyub quruyub bərkiməsini gözləyə bilərsiniz. Nəhayət, unutmayın ki, ipin uzunluğunu qabın uzunluğundan daha uzun təyin etməlisiniz. Sonrakı addımda istədiyiniz ətir və ya qida boyasını əlavə edəcəyik. Ərinmiş şama 4-5 damcı istədiyiniz ətirli bitki yağını əlavə edə bilərsiniz. Daha sonra dekorativ şam hazırlamaq üçün istifadə etdiyiniz rəngin  istədiyiniz rəng intensivliyinə uyğun olaraq şamın içinə əlavə edə bilərsiniz. Bir qaşıqla təxminən 30 saniyə qarışdırmaq kifayətdir. Yağın və boyanın ərinmiş şama tam qarışması əldə edəcəyiniz nəticə üçün vacibdir. Ərinmiş şamın rəng intensivliyini tam anlamadınızsa, qarışığın bir damlasını soyuq bir zəminə damcıladıb bərkiməsini gözləyə bilərsiniz. Damla sərtləşdikdən sonra əldə edəcəyiniz rəng alınacaq. 

Rəngi tündləşdirmək istəyirsinizsə, artıq ərimiş qarışığa daha çox boya əlavə edə bilərsiniz. İstədiyiniz rəngi almış ətirli qarışığınızı bir neçə dəqiqəliyinə sərin yerə qoyun. İndi qarışığı qaba tökmək vaxtıdır. İpin qabın ortasında olduğundan əmin olduqdan sonra, ip sürüşməsin deyə ucundan tuta bilərsiniz. Sonra qarışığı yavaş-yavaş qabınıza tökün. Bir neçə saat gözlədikdən və qarışıq sərtləşdikdən sonra ipin artıq hissələrini istədiyiniz ölçüdə kəsə bilərsiniz. Şamın səthindən təxminən 1 sm məsafədə ip buraxmaq kifayətdir. İndi şam hazırdır. Şamdan istifadə etməzdən əvvəl 24 saat gözləmək lazım olduğunu da xatırlamalısınız. Mükəmməl hamar üst səthə və ya ideal qoxu intensivliyinə nail olmaq üçün bəzi təcrübələr tələb olunsa da, bu sınaqlar hər dəfə sizin üçün və ya sevdiyiniz insan üçün yaxşı nəticələr verəcəkdir. Təcrübə və öyrənmə prosesindən həzz almağı unutmayın. 

Mənbə: Armut blog 

Tərcümə etdi: Nuran Əhmədzadə






Paylaş
Şərh əlavə et