Bu gün:

T. rex düşündüyümüzdən daha ağıllı ola bilərmi?


2023-cü ildə Vanderbilt Universitetindən nevroloq Suzana Herculano-Houzel, T. rex-in 2-3 milyard neyrona sahib ola biləcəyini və bunun onu babunlara yaxın zəka səviyyəsinə gətirə biləcəyini iddia edib. 

Lakin 2024-cü ildə aparılan yeni bir araşdırma bu iddiaya qarşı çıxıb. Paleontologiya, nevrologiya və davranış elmləri üzrə mütəxəssislərin birgə işi nəticəsində T. rex-in zəkasının müasir timsahlarınkına daha yaxın olduğu irəli sürülüb. 

Yeni tədqiqatın əsas arqumentləri belədir:

1. Beyin həcmi fərziyyəsi səhv ola bilər:

Əvvəlki tədqiqatlar beynin kəllə boşluğunu tam doldurduğunu güman etsə də, yeni məlumatlara görə T. rex-in beyni bu boşluğun yalnız 30-50%-ni doldurub. Bu isə neyron sayını və zəka ehtimalını azaldır.

2. Zəkanın qiymətləndirilməsi çox yönlü olmalıdır:

Yalnız beyin ölçüsü və neyron sayı ilə nəticə çıxarmaq doğru deyil. Anatomik quruluş, yaşadığı mühit və yaxın qohumlarının davranışları da nəzərə alınmalıdır.

3. Sürünənlərin də mürəkkəb davranışları var:

T. rex-in timsahdan daha ağıllı olmaması, onun sadə bir canlı olduğunu göstərmir. Müasir sürünənlər də mürəkkəb ov üsulları və davranış modelləri göstərə bilir.

Nəticə olaraq, hazırkı elmi baxışa görə T. rex-in zəka səviyyəsi meymunlarla müqayisə ediləcək qədər yüksək deyil. Lakin o, müasir sürünənlərdən daha ağıllı, orta səviyyəli bir zəkaya sahib olub. Bu nəticə, yalnız bir göstəriciyə deyil, müxtəlif elmi sübutlara əsaslanır və tarixdən əvvəlki canlıların beyin qabiliyyətini daha düzgün anlamağa kömək edir.

Mənbə: Evrim ağacı 

Tərcümə etdi: Dilbər Paşazadə 


Paylaş
Şərh əlavə et