İspaniyanın şimalındakı Kataloniya bölgəsində təxminən 300 qara, qəhvəyi və xallı keçi asfaltlanmış bir yolda gəzir. Şəhərdən-şəhərə dolaşan sürü Mataro şəhərində həyata keçirilən pilot layihənin bir hissəsidir. Bu layihə meşə yanğınları riskini azaltmaq üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən daha geniş təşəbbüsün bir hissəsidir.

Mataro-nun kənd təsərrüfatı üzrə məsul yerli şurasının üzvü Jose Antonio Ricis layihənin uğurlu olduğunu və davam etdiriləcəyini bildirib. Hər yay iqlim dəyişikliyinin güclənməsi ilə, cənubi Avropa ölkələrində qızmar temperaturlar meşə yanğınlarına səbəb olur və geniş əraziləri dağıdır. Keçən il Kataloniyada yanğınların sayı ölkənin son əsrin ən pis quraqlığının üçüncü ilində olmasına baxmayaraq, azalıb. Regional hökumət bu azalmanı yanğının qarşısının alınması tədbirlərinin təkmilləşdirilməsi ilə əlaqələndirib və keçilər bu tədbirlərin yalnız bir komponenti idi.
Keçilər qarınqulu iştahları ilə tanınırlar, hətta kaktuslar və digər tikanlı bitkiləri yeyirlər. Bu da onları yanan materialları təmizləmək üçün ideal hala gətirir. Yanan fırçaları təmizləmək üçün mal-qaradan istifadə təcrübəsi əsrlər əvvəlinə gedib çıxır. Bəzi fermerlər müasir dövrdə maşınlardan uzaqlaşaraq daha dayanıqlı əkinçilik üsulları axtarışında keçilərə və digər heyvanlara müraciət edirlər. İspaniyanın Qalisiya bölgəsində vəhşi atlar bu işi görür.
Mənbə: NTV
Tərcümə etdi: Asiya Zeynallı
