ABŞ-da aparılan əkiz araşdırma, körpəlikdə müəyyən davranışların sonrakı həyatda zəkanın inkişafını proqnozlaşdıra biləcəyini ortaya qoydu. Tədqiqatlar göstərir ki, ətraf mühit faktorları əvvəllər düşünüldüyündən daha təsirlidir.
Kolorado Boulder Universitetində 1000-dən çox əkiz üzərində aparılan bir araşdırma göstərdi ki, körpəlikdə edilən sadə testlər belə 30 yaşında idrak bacarıqlarını proqnozlaşdıra bilir. Körpələrin 7 aylıqda cavablarını, məsələn, yeni oyuncaqlara olan marağı və ya diqqət müddətini araşdıraraq, tədqiqatçılar illər sonra zəka testləri ilə əhəmiyyətli əlaqə qurdular.
Uzun müddətli əkiz araşdırma, zəkanın inkişafında həm genetik, həm də ətraf mühit faktorlarının rol oynadığını sübut etdi.
Uşaqlar böyüdükcə genetik təsirlər artsa da, araşdırma xüsusilə ilk bir və ya iki ildə ətraf mühitin təsirlərinin böyüklərin zəkasına yüzdə 10 qalıcı təsir göstərdiyini ortaya qoydu. Başqa sözlə, hətta məktəbəqədər dövr də insanın sonrakı həyatının formalaşmasında mühüm rol oynayır.
Tədqiqat həm də fərdlərin DNT-sinə əsaslanan “poligenik intellekt balı”nı sınaqdan keçirib. Bu xal minlərlə genetik variantın təsirini tək bir rəqəmdə distillə edərək insanın zəkaya olan genetik meylini əks etdirir.
Tədqiqat körpəlik testlərinin nəticələri ilə bu genetik ballar arasında təəccüblü uyğunluq nümayiş etdirdi. Bu, genetik məlumatların intellektin inkişafının öyrənilməsində getdikcə daha təsirli bir vasitəyə çevrildiyini göstərir.
Mənbə: TrtHaber
Tərcümə etdi: Asiya Zeynallı
