Bu gün:

Yapon qadınlarının gözəllik sirri


Canlı, gənc dəriyə nail olmaq ənənəvi üsulla mümkündür. Yapon qadınlarının hamar və parlaq dərisinin sirri həmişə insanları maraqlandırıb. Onların gözəllik vərdişləri ilə bağlı çoxlu söz-söhbətlər olsa da, bu gün bu sirri üzə çıxaran məşhur bir üsul: yeddi günlük pomidor və düyü unu müalicəsidir. 

Əsrlər boyu Yapon qadınları tərəfindən qəbul edilən bu təbii qarışıq dəri tonunu bərabərləşdirməyə və təbii parıltı əlavə etməyə kömək edir. Sadə və təbii inqrediyentləri özündə əks etdirən bu üsul kimyəvi maddələrə alternativ axtaranlar üçün olduqca cəlbedici seçim təklif edir. 

Bu müalicə, əslində, pomidor və düyü ununun zərif qarışığıdır. Dərini yumşaq şəkildə aşındırır, ölü dəri hüceyrələrini təmizləyir. Pomidorda olan likopen və C vitamini antioksidant xüsusiyyətlərə malikdir. Düyü unu isə dərini azaldır və parlaq edir. 

Tərkibi 1 orta boy pomidor, 2 xörək qaşığı düyü unudur. Bir qabda orta boy pomidoru sürtgəcdən keçirib, sonra düyü ununu əlavə edib və yaxşıca qarışdırmaq lazımdır. Yeddi gün müntəzəm olaraq istifadə edilən bu müalicənin dərinin daha canlı və parlaq görünməsinə kömək etdiyi deyilir. 

Bununla belə, hər bir dəri növü fərqli reaksiya verə biləcəyi üçün, tətbiq etməzdən əvvəl müalicəni dərinin kiçik bir yerində sınamaq daha yaxşıdır. 

Mənbə: SDMedya 

Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et