Bu gün:

“Tərəvəzlər qiymət dəyişikliyində çox az rol oynayır“


24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı "Neptun" şadlıq sarayının baş inzibatçısı Asif Cəfərovdur. O, yay mövsümündə restoranlarda qiymət dəyişikliyinin necə olması barədə danışıb.

-Yay mövsümündə restoranlarda qiymət dəyişikliyi necə olur? 

-Ümumiyyətlə, restoranlarda qiymət dəyişikliyinin fəsilə aidiyyəti yoxdur. Qiymətləri, əsasən, ət məhsulları tənzimləyir. Nə qədər ki, ət və ət məhsulları baha olacaq, qiymət aşağı düşməyəcək.  Bunun yaya, qışa heç bir aidiyyəti yoxdur. Tərəvəzlər qiymət dəyişikliyində çox az rol oynayır. Baxmayaraq ki, yayda tərəvəzlərin qiyməti ucuzlaşır, amma yenə də qiymət dəyişikliyinə ən çox təsir edən ət məhsullarıdır. İnsanlar da restoranlar olsun, şadlıq evləri olsun üstünlüyü ət məhsullarına verirlər. Daha çox restoranların yayda işləməsi və insanların tətildə restoranlara üz tutması nəticəsində bu restoranlar çox qazanır. Qışda bir o qədər də restoranlar işləmir, qarşıdan Məhərrəmlik ayının, Orucluğun gəlməsi nəticəsində müflis olurlar. Amma yay mövsümündə işlər düzəlir və qiymətləri elə nizamlayırlar ki, qışda, payızda itirdiklərini yay ayında düzəldə bilsinlər. 

Lumu Zülfüqarova 

Paylaş
Şərh əlavə et