Bu gün:

İsgəndəriyyə Böyük Kitabxanası: bəşəriyyət öz biliklərini necə itirib


İsgəndəriyyə Böyük Kitabxanası tarixin ən sirli məkanlarından biri olub. O, eramızdan əvvəl təxminən III əsrdə Misirin İsgəndəriyyə şəhərində II Ptolemeyin əmri ilə yaradılıb. Məqsəd möhtəşəm olub: dünyanın bütün biliklərini toplamaq. Hesab edilib ki, onun anbarlarında Hindistanın tibbi traktatlarından tutmuş, Yunanıstanın fəlsəfi mətnlərinə və Farsın xəritələrinə qədər yüz minlərlə kitab rulonu saxlanılıb.


Kitabxana sadəcə kitab anbarı deyil, antik dünyanın həqiqi elmi mərkəzi olub. Orada dövrün görkəmli alimləri – astronomlar, riyaziyyatçılar, tarixçilər işləyiblər. Deyilib ki, məhz orada Eratosfen Yerin çevrəsini demək olar ki, səhvsiz hesablayıb, Herofil isə insan anatomiyasını öyrənərək tibbin ilk addımlarını atıb.


Amma əfsanəvi şöhrətlə birlikdə qorxunc bir sirr də gəlib. Böyük kitabxana yoxa çıxıb. Bu gün biz dəqiq bilmirik, nə vaxt və necə baş verib. Bir neçə versiya var və hər biri faciəvi səslənib.


Bir hipotezaya görə, ilk zərbə Yuli Sezar dövründə dəyib. E.ə. 48-ci ildə onun qoşunları İsgəndəriyyədə döyüşərkən baş verən yanğın kitab anbarlarının bir hissəsini məhv edə bilib. Başqa bir versiya isə fəlakətin daha sonra – Roma imperatoru Aurelian Misirdə müharibələr apararkən baş verdiyini deyib.


Üçüncü nəzəriyyə isə Misirin VII əsrdə ərəblər tərəfindən fəthi ilə bağlı olub. Əfsanəyə görə, ərəblər İsgəndəriyyəni ələ keçirdikdə xəlifə Ömər rulonların yandırılmasını əmr edib və deyib ki, “əgər onların içində Quranda olanlar varsa, onlar faydasızdır, əgər başqa şey varsa – zərərlidir”. Bu hekayə daha çox mif olub, amma faciə obrazını gücləndirib.


Necə olursa-olsun, kitabxana mövcudluğunu dayandırıb. Nə qədər əlyazmanın məhv edildiyini bilmirik — 400 min, 700 min rulon? Hansı kəşflərin və ideyaların itirildiyini öyrənə bilməyəcəyik. Ola bilsin ki, yandırılmış rulonların arasında tarixin axarını dəyişə biləcək biliklər olub: yeni torpaqları göstərən xəritələr, elmi tərəqqini yüz illərlə sürətləndirə biləcək formullar.


İsgəndəriyyə kitabxanasının faciəsi xatırladıb ki, bilik kövrəkdir. Bu gün biz məlumatları buludlarda və rəqəmsal arxivlərdə saxlayırıq, amma kim zəmanət verib ki, min ildən sonra onlar da eyni şəkildə yox olmayacaq?


Və yenə də ümid var. Arxeoloqlar kitabxananın izlərini axtarmağa davam ediblər. Bəzən İsgəndəriyyədə kitabxana kompleksinin bir hissəsi ola biləcək rulon qalıqları və tikililər tapılıb. Ola bilsin ki, bir gün həmin divarların nələri qoruduğunu öyrənəcəyik.


Hələlik isə Böyük Kitabxana insanlığın ən böyük nailiyyətlərinin belə məhv edilə biləcəyinin simvolu olaraq qalır. Və bu, onun əfsanəsini bu qədər cazibədar edib.


Mənbə: www.history.com

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et