Qarışqalar sirkəyə və hətta sodaya qalib gələ bilirlər, lakin bu ədviyyatdan geri çəkilirlər, çünki yalnız qoxusu onları narahat edir. Qarışqalar mətbəx şkaflarından tutmuş paltaryuyan maşının altına qədər hər küncdə birdən peyda ola bilər. Bir çox insanlar spreylərə və ya kimyəvi məhlullara müraciət etsə də, qarışqalar geri qayıtdıqları üçün təsirlər çox vaxt müvəqqəti olur. Bununla belə, bir çox ev sahibləri indi təbii və təsirli bir vasitə olan darçına müraciət edirlər.

Darçın qarışqaları öldürmür, onları dəf edir. Onları evə cəlb edən feromon yollarını pozur və beləliklə, onları çaşdırır. Darçından səmərəli istifadə etmək üçün, ilk növbədə, evdəki giriş nöqtələrini müəyyənləşdirmək lazımdır. Bunlar adətən qapıların altındakı boşluqlar, pəncərələrin ətrafındakı boşluqlar, divarlardakı çatlar, mətbəx şkaflarının arxasında və altında olan sahələrdir. Sonra bir az darçın su ilə qarışdırıb və qarışqaların gəldiyi yerlərə pambıq çubuqla çəkilməlidir.
Mənbə: Sözcü
Tərcümə etdi: Asiya Zeynallı
