Bu gün:

"Qızıl qollu" Ceyms


Qızıl qollu adam kimi tanınan Ceyms Harrisonun qanında tapılan xüsusi antikor bir çox körpələrin həyatını xilas edib. Ceyms 60 ildir müntəzəm olaraq qan verir.

Ceyms hələ 14 yaşında olarkən əməliyyat olunub və sağalmaq üçün tanımadığı insanların qan donorluğuna arxalanıb. Yaşlanan kimi ianə verəcəyinə söz verib və dörd ildən sonra vədinə əməl edib. İynələri sevməməsinə baxmayaraq, qan verməyə başlayıb.

Ceymsin qanında Anti-D inyeksiyası üçün lazım olan mühüm antikor olduğu aşkar edilib. Anti-D Ceyms kimi nadir və xüsusi donorların plazmasıdır. Bu antikor ana və körpə arasında qan uyğunsuzluğundan yaranan dölün və yeni doğulmuş uşağın hemolitik xəstəliyinin qarşısını almaq üçün istifadə olunur.

Ceyms ona verilən hədiyyəni bölüşməkdən son dərəcə xoşbəxtdir. O, 60 ildir müntəzəm olaraq qan verib və 2 milyondan çox avstraliyalı qadını və onların körpələrini xilas edib.

1967-ci ildən isə Avstraliyalı analara Ceymsin qanı olan 3 milyon dozadan çox Anti-D verilib. “Qızıl qollu adam” ləqəbli Ceyms 1100-dən çox ianə edib.

1999-cu ildə Ceyms Lifeblood və Anti-D proqramına verdiyi inanılmaz dəstəyə görə Avstraliya Nişan Medalını qazanıb.

Cümə günü, 11 May 2018-ci ildə Ceyms son ianəsi haqqında dedi: "Ümid edirəm ki, bu, bir gün kiminsə qıracağı bir rekorda çevriləcək, çünki bu hadisə insanların bunu etməyə davam edəcəyi anlamına gəlir".

Mənbə: Lifeblood

Tərcümə etdi: Aytən Nazim 

Paylaş
Şərh əlavə et