Bu gün:

Sintetik nədir?


Təbii yollarla deyil, insan istehsalı ilə yaradılan maddələrə sintetik, süni maddələr deyilir. Sənaye və elm vasitəsilə həyatımızda çoxlu süni məhsullar var. Məsələn, plastik məmulatlar və dərmanlar sintetikdir. Sintetik boyalar, sintetik saçlar, sintetik dərilər, sintetik parçalar, yanacaqlar, sintetik zərgərlik məmulatları həyatımızda asanlıqla yer tapır. Əslində şüşə kimi təbii yollarla əldə edilən məhsulların da sintetikası var. 

Sənayedə sintetik maddələr

Kimyəvi komponentlərdən və ya neft məhsulu olan plastikdən istehsal edilən bir çox süni məhsuldan gündəlik həyatımızın hər yerində istifadə edirik. Gün ərzində bu qədər süni maddələrə məruz qalmaq və istifadə etmək çağımızda olduqca normaldır. 

Sintetik boya

Köklər təbiətdə olan əsas rəngləndirici maddədir. Bu boyalar üzvi boyalardır. Davamlılığı azdır, su ilə səpələnə bilər. Süni boyalarla vəziyyət fərqlidir. Kimyəvi proseslərlə əldə edilən piqmentlər təyinatına görə dəyişir. Bədii məqsədlər üçün istifadə edilən kosmetik saç boyaları, divar boyaları, yağlı boyalar kimi boyalar əsasən sünidir.

Sintetik parça

Heyvan tüklərindən və ya bitki liflərindən alınan saplar parçaya çevrilir. Eyni proses sintetik ipliklərə də aiddir. Təbii yolla əldə edilən iplikləri kimyəvi proseslərlə də süni ipliklərə çevirmək olar. Viskoza, daraqlı pambıq, lateks kimi parçalar süni parçalara misal ola bilər.

Süni dəri

Poliuretandan əldə edilən süni dərilər tekstil sənayesində çox daimi yer tutur. Ayaqqabı, aksessuarlar, çantalar və paltarlardan başqa, mebel örtükləri üçün də istifadə olunur.

Saç və Dırnaq

Kosmetik xidmətlərin genişlənməsi ilə indiki vaxtda süni saç və dırnaq istehsalı adi hala çevrilib. Saçları uzatmaq üçün istifadə edilən əlavə saç və pariklər sintetik olaraq istehsal edilə bilər. Eyni şəkildə manikür ustalarının üstünlük verdiyi gel dırnaqları da sünidir.

Yanacaq

Süni xam neft quyudan çıxarılan xam neftlə eyni quruluşa malikdir. Emal yolu ilə dizel, benzin, kerosin kimi neft törəmələri istehsal olunur. Süni xam neft hasilatı ekoloji cəhətdən təmiz üsul deyil. İstehsal zamanı kifayət qədər çox karbon qazı ayrılır.

Xammal kimi istifadə olunan təbii qaz, kömür, biokütlə və şəhər tullantıları çox yüksək temperatur və təzyiqlərə məruz qaldıqda qaz qarışığı alınır. Bu qarışıq zərərli qazları çıxararaq və kondensasiya edərək mayeləşdirilir. Mayeləşdirilmiş qaz katalizatorların köməyi ilə yenidən istilik və təzyiqlə reaksiya verir. Müxtəlif proseslərdən sonra benzin, dizel, sənaye yağları və s. istehsal olunur.

Mənbə: Ceotudent.com 

Tərcümə etdi: Fidan Abdullayeva 



Paylaş
Şərh əlavə et