Bu gün:

Tramp və Putin görüşü baş tutacaq


Kreml rəsmisi Yuri Uşakovun açıqlamasına görə, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin yaxın günlərdə görüşmək barədə razılığa gəliblər. Görüş yerinə dair detallar sonradan açıqlanacaq.

Tramp daha əvvəl Ukrayna Prezidenti Zelenskinin də iştirak edəcəyi üçtərəfli zirvə təklif etmişdi. 6 avqustda Trampın xüsusi nümayəndəsi Stiv Witkoff Moskvada Putinlə görüş keçirib. Tramp bu görüşü “böyük irəliləyiş” kimi qiymətləndirib.

Atəşkəs tələblərinin gücləndiyi dövrdə Tramp Rusiyaya qarşı ikincil sanksiyalarla hədələyib və Hindistana tətbiq olunan gömrük rüsumlarını artırıb. Zelenski isə bu sərt tədbirləri məmnuniyyətlə qarşıladığını bildirib.

Mənbə: BBC 

Tərcümə etdi: Ətirə İbayeva 

Paylaş
Şərh əlavə et