İkinci Dünya Müharibəsi zamanı Yaponiya tərəfindən yaradılan 731-ci bölüyün tərkibində bioloji silahlar və tibbi tədqiqatlarla məşğul olan bir qrup həkim var idi. Müharibə strategiyasını müəyyən etmək üçün mülki şəxslər və əsir düşən əsgərlər üzərində dəhşətli təcrübələr aparılırdı.

731-ci bölük II Dünya Müharibəsi zamanı insan təcrübələrinin və bioloji müharibənin dəhşətlərini ortaya qoyan tarixin qaranlıq bir səhifəsidir. 731-ci bölük 1930-cu illərin əvvəllərində Yaponiya İmperator Ordusu tərəfindən yaradılmışdır.
Çinin şimal-şərqindəki Harbinin Pingfang rayonunda məxfi şəraitdə fəaliyyət göstərirdi. General-leytenant Şiro İşiinin rəhbərlik etdiyi bölük, ilk növbədə, bioloji və kimyəvi müharibə tədqiqatlarının aparılması ilə məşğul idi.

Əvvəlcə yoluxucu xəstəliklərin tədqiqinə başlayan komanda daha sonra insanlar üzərində aparılan təcrübələri də edib.
Bölmə minlərlə məhbus, ilk növbədə çinli, koreyalı mülki şəxslər və müxtəlif ölkələrdən əsir götürülmüş əsgərlər üzərində vəhşi təcrübələr aparıb.

731-ci bölyün əməliyyatlarının ən qorxulu tərəflərindən biri anesteziya olmadan canlı obyektlərin kəsilməsi təcrübəsi idi. Məhkumlar xəstəliklərin, yaraların və orqanların götürülməsinin canlı orqanizmlərə təsirini öyrənmək üçün tədqiqat obyekti idilər, buna görə də onların hamısı dözülməz əməliyyatlara məruz qalırdı.

Onilliklər ərzində 731-ci bölüyün vəhşiliyi böyük ölçüdə gizlədilib. Yaponiya hökuməti bölüyün tədqiqatlarını qəbul etməkdən və ya üzr istəməkdən çəkinərək inkar mövqeyini qoruyub.
1980-ci illərə qədər Yaponiya hökuməti sağ qalanların, qurbanların ailələrinin və beynəlxalq ictimaiyyətin cinayətləri həll etmək və məsuliyyəti öz üzərinə götürmək üçün təzyiqləri ilə üzləşib.
Mənbə: History of Yesterday
Tərcümə etdi: Aytən Nazim
