Bu gün:

Bank işindən çıxıb uşaqlıqda etdiyi peşəyə qayıdıb


Eskişehirdə yaşayan Ömər Karanfil, uzun müddət bank sektorunda işləyib, sonra qəfil qərar verib və uşaqlıqda məşğul olduğu forma satıcılığı işinə qayıdıb. Karanfil, ticarət ideyasının maaşlı işdən daha cazibədar gəldiyini deyib.

Eskişehirdə uzun illər bank sektorunda işləyib, qəfil qərar qəbul edib və uşaqlıqda etdiyi forma satıcılığına qayıdıb.

Eskişehirdə yaşayan Ömər Karanfil, uşaqlıqda məşğul olduğu forma satıcılığına qayıtmaq qərarını verib, 15 ildən artıq çalışdığı bank sektorundan istefa verib, İstiklal məhəlləsində xəyal etdiyi forma mağazasını açıb və ticarətə başlayıb. Ticarət fikri ona maaşlı işdən daha cazibədar gəlib. Bu iş sayəsində uşaqlıq günlərini də xatırlayıb. Uzun illər iş həyatında olub, gənclərə inandıqları yolda irəliləməyi və cəsarətli olmağı tövsiyə edib.

Keçmiş təcrübəsinə əsaslanıb yenidən ticarətə atılıb. Karanfil belə danışıb: "Asan olmayıb, çətin bir seçim olub, çünki 16 illik bir zəhmət var. Bank sektorunda zirvəyə çatıb, uşaqlıqda etdiyim forma işinə qayıtmışam. Bu sahəyə yad olmamışam. Əvvəllər də etdiyim üçün təcrübəmə əsaslanıb yenidən ticarət həyatına atılmışam". 

Özünün alışdığı həyatdan birdən-birə imtina etməyin asan olmadığını bildirib. "Həyat yoldaşım dövlət qulluqçusu, müəllimdir. Əvvəl reaksiyası mənfi olub. Çünki qurulmuş bir sistem varkən yenidən bir macəraya atılmışıq. Tərəddüd içində olub, amma keçmişdə yaşadıqlarımı, nümunələri danışıb o tərəddüdü və ön mühakiməni qırmışam. Həyat yoldaşımın dəstəyi ilə yeni həyata başlamışıq" – deyə qeyd edib.

“Hədəflərinə inamla addımlamalıdırlar”

Gənclərə ümidlərini itirməməyi vurğulayıb. "Hər ölkədə olduğu kimi, bizim ölkəmizdə də iqtisadi çətinliklər var. Çox sayda universitet məzunu var. İş tapmaqla bağlı narahatlıq çox yüksəkdir, amma gənclər heç vaxt cəsarətlərini itirməməlidirlər. Ümid hər zaman olmalıdır. Əgər cəsarətin və ümidin varsa, mütləq bir yerdə, bir şəkildə yapışıb irəliləyirsən və özünü inkişaf etdirirsən. Ona görə gənclər heç vaxt ümidlərini itirməməli və hədəflərinə inamla addımlamalıdırlar” – deyə əlavə edib.

Mənbə: Haber Global 

Tərcümə etdi: Nigar Xəlilli 

Paylaş
Şərh əlavə et