Yay mövsümünün ən məşhur meyvələrindən biri olan gilas tərkibindəki kalium, A vitamini və lif tərkibi ilə qida dəyəri baxımından zəngin bir meyvədir. Sidikqovucu təsirə malik olan gilasın sapı qurudularaq çay kimi istifadə edilə bilər. 12-13 gilas 1 porsiya hesab olunur, 1 porsiya gilas isə cəmi 63 kaloridir.

Böyrək və sidik yollarını təmizləyir. Bədənin müqavimətini artırır. Xolesterolu azaldır, insulini balanslaşdırır. Arıqlamağı asanlaşdırır. Həzmi rahatlaşdırır. Sızanaqları və qara Nöqtələri təmizləyir. Sakitləşdirir, stressi azaldır.
Gilas sapı çayı antioksidan xüsusiyyəti ilə orqanizmdən zəhərli maddələrin atılmasını asanlaşdıraraq böyrəklərin və qanın təmizlənməsinə kömək edir. Sidik yolu infeksiyalarının qarşısının alınması gilas sapı çayının faydaları arasındadır. Böyrək daşlarının azalmasında aktiv rol oynayır. Həm də daş əmələ gəlməməsinə qarşı profilaktik xüsusiyyətə malikdir. Bağırsağın fəaliyyətini sürətləndirən gilas sapı çayı qəbizlik problemlərinə və şişkinliyə qarşı profilaktik təsir göstərir.
Bədənin müqavimətini artırır
Tərkibindəki yüksək antioksidant tərkibi ilə orqanizmin immun sistemini dəstəkləyir və xəstəliklərə qarşı müqavimətini artırır. Oynaq iltihablarında və revmatik iltihablarda bədəni təmizləyir və bədənin yuxu rejimini təmin etməkdə də təsirlidir.

Sızanaqları və qara nöqtələri təmizləyir
Bədəninizdə yara varsa, gilas sapı çayı içmək məsləhətdir. Hüceyrələrin bərpası üçün istifadə olunur. Əgər sızanaq, qara nöqtə kimi problemləriniz varsa, gilas sapı çayı içərək daha hamar bir dəri əldə etmə prosesinə dəstək ola bilərsiniz.

Sakitləşdirir, stressi azaldır
Baş ağrısı və yorğunluq hiss edirsinizsə, gilas sapı çayını dəmləyərək özünüzü daha yaxşı hiss edə bilərsiniz.
Gilas saplaqlarından hazırlanan çayı içərək, stressi azaltma xüsusiyyəti sayəsində stress səbəbiylə yarana biləcək dəri problemlərinin qarşısını ala bilərsiniz. Bu bitki çayı yuxu itkisindən fərqli olaraq sakitləşdirici təsiri ilə yuxuya getməyi asanlaşdıra bilən bir içkidir.
Mənbə: Nefis yemek tarifleri
Tərcümə etdi: Nuran Əhmədzadə
