Bu gün:

İnsanı həm sağlam, həm də xoşbəxt edən nədir?


Harvard Universiteti 1938-ci ildə bir araşdırmaya başlayır. Bu araşdırma təxminən 2000-ci illərin əvvəlinə qədər davam edir. Araşdırmanın əsas sualı isə belədir: “İnsanı həm sağlam, həm də xoşbəxt edən hansı amildir?”

Cavab sadədir: Münasibətlər

“Bu gün necəsən?” deyə soruşan, “Pisəm” dedikdə səni anlayan bir insanın varlığı, nə siqaret çəkib-çəkməməyin, nə xolesterin səviyyən, nə də həftədə üç dəfə idman zalına getməyin - bütün bunların cəmini kölgədə qoyan tək bir şey var: yaxın, sağlam və etibarlı münasibətlər.

Araşdırma göstərir ki, münasibətlərin sağlamlığa təsiri yüksək xolesterindən daha güclüdür. 700 nəfəri 80 il boyunca müşahidə ediblər. Bəziləri varlanıb, bəziləri çöküb. Kimisi zirvəyə çıxıb, kimisi dibi görüb. Ancaq müəyyənedici amil daim eyni qalıb: onların tək olub-olmaması və keyfiyyətli, sağlam münasibət qurub-qurmaması.

Rəqəmlərlə danışsaq, yaxın münasibətləri zəif olan insanların erkən ölmə riski 50% daha çoxdur. Yaxşı bir evlilik, kişilərə orta hesabla 7–17 il, qadınlara isə 5–12 il əlavə ömür qazandırır. Uşaqlıqda anası ilə isti münasibət quranlar, yaşlılıqda 3 dəfə az demansa (ağıl zəifliyi) tutulurlar. Həyatından razı olan evlilər, tək yaşayanlara nisbətən daha az depressiya və xroniki xəstəlik yaşayırlar. “Həyat yoldaşım mənim ən yaxşı dostumdur” deyənlər isə ən az xəstəxana yatışına sahib insanlardır.

Bütün bunların hamısı “keyfiyyətli münasibət” dediyimiz anlayışın içindədir.

Mənbə: Buzz feed 

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et