Bu gün:

Evdə təbii sabun hazırlamağın yolları


Evdə sabun hazırlamağı sınayaraq öz zövqünüzə uyğun sabun yarada bilərsiniz. 

Sabun reseptlərinə keçməzdən əvvəl sabunun dəri üçün faydalarını qeyd etməkdə fayda var. Təbii maddələrlə hazırlanan sabunlar dərini bərpa etmək və qorumaq qabiliyyətinə malikdir. Dərinizə qayğı göstərirsinizsə, təbii sabunlardan istifadə etməyi məsləhət görürük. Sabundan istifadə edərək dəridəki ölü hüceyrələri təmizləyə və yeni hüceyrələrin əmələ gəlməsinə dəstək ola bilərsiniz.

Dərinin qaşınmasına qarşı da təsirli olan təbii sabun faydaları ilə diqqət çəkən təmizləyici məhsuldur. Mağazalarda satılan sabunlarda vitamin yağları və kimyəvi məhsullar var. Bu maddələrin çoxu dəri hüceyrələrinə zərər verə bilir. 

Əgər ilk dəfə sabun hazırlayırsınızsa, reseptləri mütəxəssis nəzarəti altında tətbiq edin. Dərinizə allergik olan maddələrdən istifadə etməyin. Qoruyucu vasitələrdən (eynək, əlcək, önlük) istifadə etmək məcburidir. 

Məmulatlar: 1 çay qaşığı qaya duzu, 120 ml zeytun yağı, 40 ml təmiz su, ağ təmiz kül

Təmiz külləri bir qazana tökün və suyu əlavə edin, isitmə prosesinə başlayın. Qaynamadan əvvəl ocağı söndürün. Soyumasını gözləyin. Qarışığa bir yumurta atıb maddələrin nisbətini yoxlaya bilərsiniz. Yumurtanın yarısı qarışıqdadırsa, kül nisbətinin yaxşı tənzimləndiyini söyləyə bilərsiniz. Fərqli və kiçik bir qazanda zeytun yağını qızdırmağa başlayın. Qızdırılmış yağı bir neçə dəqiqə istirahət etdikdən sonra kül qarışığını əlavə edin və bütün inqrediyentləri qarışdırmağa başlayın. İndi qaya duzunu əlavə etmək vaxtıdır. Qaya duzunu əlavə etdikdən sonra qarışdırmağa davam edin. Bütün qarışıq qatılaşıbsa, sabunun birinci mərhələsi uğurla tamamlandı. Qatılaşdırılmış qarışığı istədiyiniz kimi sabun qəlibinə töküb və heç bir şəkildə toxunmayın 2 gün dincəlsin. 2 gündən sonra qəlibdən çıxan sabunun yaxşıca qurumasını gözləyin. Qurutma prosesi üçün təxminən 50 gün lazımdır. Qurutma sabunundan istədiyiniz zaman təmizlik üçün istifadə edə bilərsiniz. 

 Sızanaqları yəmizləyən sabun resepti

Məmulatlar: 5 ml lavanda yağı, 5 ml rozmarin yağı, 5 ml gənəgərçək yağı, 140 qram kokos yağı, quru kəklikotu

Hazırlanması:

Ətirli sabunu necə hazırlayacağınızla maraqlanırsınızsa, bu resepti bəyənəcəksiniz. İndi sınayacağınız sabun resepti dərisində daim sızanaq olan insanlar üçün çox təsirlidir. Bir qazanda bitki yağı qarışdırın və qızdırın. Bu qarışıq maye maddələr bir müddət sonra konsistensiya qazanacaq və qəliblərə tökülməyə hazır olacaq. Qatılaşdırılmış qarışığı sabun qəlibinə töküb 2 gün əl dəymədən saxlayın. Qəlib hərəkət etdirilərsə, sabunun forması istədiyiniz kimi olmaya bilər. Qəlibdə dondurulmuş sabunu açıq və təmiz bir yerə aparın və təxminən 40 gün qurumasını gözləyin.

Həssas dərilər üçün Şəms Arslanın təbii sabun resepti

Məmulatlar: 3 ədəd qoz yarpağı, 1 çay qaşığı qoz yağı, 2 xörək qaşığı uşaq sabunu, 2 xörək qaşığı düyü unu, qatılaşdırmaq üçün su, 1 çay qaşığı qliserin

Hazırlanması:

Şəms Arslanın hazırladığı bu təbii sabun resepti həssas dərilər və allergiyaya meyilli dərilər üçün tövsiyə olunur. 

Qoz yarpaqlarını yaxşıca yuduqdan sonra kiçik parçalara ayırıb ovxalayın. 

Siyahıdakı digər inqrediyentləri əlavə edin və yaxşıca əzin. Əzilmiş qarışığı bir qazanda təxminən 10 dəqiqə qaynadın. Qızdırdığınız qarışığın soyumasını gözləyin və maye sabun qabına tökün. 

Dərinizdəki ləkələri təmizləyən bu təbii maye sabunu hər əl və üz yumasında istifadə edə bilərsiniz.

Bu maye sabunu üz təmizləmək üçün istifadə etsəniz, güzgüyə baxdığınız zaman dərinizin daha parlaq və təmiz göründüyünə şahid ola bilərsiniz. 

Quru dərilər üçün dəfnə sabunu 

Məmulatlar: Qliserin çubuğu, 5 damcı zeytun yağı, 5 damcı dəfnə yağı

Hazırlanması:

Bir qazanda suyu qaynadın və üstünə istiyə dözümlü bir şüşə qab qoyun. Şüşə qabda qliserin çubuğunu benmaridə əridin. Ərinmiş qliserinə zeytun yağı və dəfnə yağı əlavə edib taxta qaşıqla qarışdırın. Ərinmiş qarışığı sabun qəliblərinə köçürün və 1-2 gün saxlayın. 

Daha sərt sabun əldə etmək üçün təxminən 1 ay qaranlıq, sərin yerdə saxlayın. 

Evdə hazırlanmış təbii sabunun faydaları

Dərini qıcıqlandırmadan məsamələri təmizləyir. Sızanaq problemlərinə aradan qaldırır. Çirkləri və yağları yox edərək dərini təmizləyir və parlaqlığını artırır. Təbii bitki yağları aromaterapiya effektinə malikdir, əsəbləri sakitləşdirir. Dərinin uyğunlaşma prosesi keçdikdən sonra nəm balansının qorunmasına böyük töhfə verir. Müvafiq tərkibli təbii sabunlar dəri xəstəliklərinin sağalma prosesini sürətləndirir. Saçların yuyulmasında istifadə edilən təbii sabunlar saçları kökündən ucuna kimi qidalandırır. Elektrikləşmə və kəpək kimi problemləri həll edə bilər. 

Mənbə: Nefis yemek tarifleri 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et