Bu gün:

Midyə nədir?


Midyə (molyusk) oval görünüşlü dəniz məhsuludur. O istiridyənin bir növüdür. Midyə dənizdəki qayaların arasında yaşayır.Dənizdə yaşadığı üçün dadı duzlu olur.

O Ege bölgəsində istehsal olunur. Midyəninin dadı yaz və qışın əvvəlində ikiqat ləzzətli olur.Bu qida küçə mədəniyyətimizdə özünəməxsus yer tutur.

Midyə bəzi insanlar tərəfindən sevilmir. Lakin onun çoxlu faydası var. İlk növbədə onun tərkibində A və B12 vitaminləri var. Bundan əlavə tərkibində qeyri-üzvi birləşmələrdən olan sink, manqan, kalium, fosfor kimi minerallar bədənimizin mineral ehtiyacını ödəyir. Midiyənin zebra midyə, tarak midyə, nəhəng midyə və abalon kimi növləri var. Tullantılarla çirklədilmiş dənizlərdən toplanan midye insan sağlamlığı üçün təhlükədir. 

Midyənin hansı faydaları var

• Bol amin turşuları sayəsində tam bir protein mənbəyidir. 1 boşqab midyə yeyən insan 18 qram protein alır.

• O özündə bol miqdarda A vitamini birləşdirir. Nəzarətli şəkildə yeyildikdə edildikdə A vitamini ehtiyacı qarşılana bilər.

• Tərkibində minerallar kimi maqnezium və selen var. Manqan qan şəkərinin və qan laxtalanmasının tənzimlənməsində mühüm rol oynayır. Selenium bədənimizdəki maddələr mübadiləsinin saxlanmasında  rol oynayır.

• Tərkibindəki bəzi Omeqa 3 yağları sayəsində dəri sağlamlığı üçün çox əhəmiyyətlidir.

• Tərkibindəki yüksək yod sayəsində qalxanabənzər vəzi müsbət təsirlənir, maddələr mübadiləsini qoruyur.

• Arıqlamaq asanlaşır.

Midyənin hansı zərərləri var

Bəzi insanlar çoxlu midyə yeyir. Bu isə öz növbəsində çoxlu fəsadlar yarada bilir.

• Bəzən midyə tullantılarla çirkləndirilmiş suda yaşayır. Buna görə də tərkibində çoxlu zərərli maddələr ola bilər.

• Midyələri yığdıqdan sonra dərhal yemək lazımdır.

• Midyədə zərərli metallardan biri olan civə var. Onu çox yedikdə civə zəhərlənməsi baş verə bilər.

• Təmizliyə böyük əhəmiyyət verilməlidir. Midyə təmiz deyilsə, yemək olmaz.

• Midyə çeşidlənməsi zamanı çirkli alətdən istifadə etmək olmaz.

Zərərli tullantılarla qidalanan midyə bioakkumulyasiya nəticəsində baş verən xəstəliklərə səbəb olur. Cinsi pozğunluq, qaraciyər və böyrək çatışmazlığı kimi xəstəliklərə səbəb ola bilər. Bundan əlavə, midyənin daim isti olması insan orqanizmi üçün təhlükə yarada bilən bakteriya istehsalına səbəb olur.

Midyənin təzə olduğunu necə anlamaq olar

Midyənin rəngi canlıdırsa, deməli, yaxşı təmizlənib. Midiyanın xarici qabığı da təmiz olmalıdır. Solğun rəngli midyə köhnədir. Bu mərhələləri keçdikdən sonra başa düşə bilmirsinizsə, onun dadına baxıb bayat olduğunu görə bilərsiniz. Burada əvvəllər midyə yemiş təcrübəli şəxs tələb olunur. Əks halda ilk dəfə bu qidanı yeyən birinin onu ayırd etməsi mümkün deyil. Hər küçə satıcısında həddindən artıq miqdarda midyə yemək sağlamlığa ziyan ola bilər. Tanınmış və təhlükəsiz yerlərdən midyə almaq daha məqsədəuyğundur.

Mənbə: Sabah.com.tr

Tərcümə etdi: Samirə İsmayılova


Paylaş