Əks-görünən olsa da, tərləmə elmi bizə göstərir ki, isti havada isti içkilər içmək əslində bədənimizi daha tez sərinlədir.Yəqin düşünürsünüz ki, isti yay havasında ən gözəl içki buz kimi soyuq içkidir, eləmi? Amma qədim bir deyim var: “İsti gündə isti içki içmək sizi daha tez sərinlədir.”

Bu fikir ilk baxışda məntiqsiz görünsə də, son araşdırmalar göstərir ki, nənəmizin bu sevimli məsləhəti elmi baxımdan da doğrudur.
Dr. Ollie Jay-in araşdırması
Kanadadakı Ottava Universitetinin tədqiqatçısı Dr. Ollie Jay bu konsepti laboratoriyada sınaqdan keçirib. Onun komandası əvvəlcə velosiped sürən şəxslərin dərisinə temperatur sensorları yerləşdirib və ağızlarına oksigen və karbon qazını ölçmək üçün cihaz taxıb.Daha sonra temperatur və rütubət sabit saxlanılaraq, iştirakçılara ya isti, ya da soyuq içki verilib.
Nəticə:
İsti su (təxminən 50°C) içənlər, digərlərinə nisbətən bədənlərində daha az istilik saxladılar.
Amma burada vacib bir qeyd var:
Bu araşdırmanın ən vacib şərti bədənin istini necə xaric etməsi ilə bağlıdır – yəni tərləmə yolu ilə.
Dr. Jay deyir ki:
"Siz isti içki içirsinizsə, bu, bədənin içində daha az istilik saxlanmasına səbəb olur – əgər bu içki nəticəsində artan tərləmə buxarlana bilirsə.”
Yəni, əgər siz çox rütubətli bir mühitdəsinizsə, məsələn, sauna, tropik meşə və ya suda olsanız, tərləmə buxarlana bilməyəcək. Belə vəziyyətlərdə, tərləmə artması sizə sərinlik verməyəcək. Bu zaman isti içki faydasız olacaq.
Amma quru və isti hava şəraitində – hansı ki, biz adətən qarşılaşırıq – isti çay soyuq çaydan daha effektli sərinlik verir.
Mənbə: McGill University
Tərcümə etdi: Fatimə Cabbarlı
