Bu gün:

İnstagramdan 1000 izləyici limiti


İnstagram canlı yayım üçün yeni məhdudiyyət tətbiq edib: artıq bu funksiyadan istifadə etmək üçün istifadəçilərin ən azı 1000 izləyicisi olmalıdır. Yeni qayda kiçik məzmun yaradıcıları üçün ciddi çətinlik yaradır.

İnstagram canlı yayım qaydalarını dəyişir

Instagram illərdir istifadəçilərə pulsuz və limitsiz canlı yayım təklif edib. Lakin bu, 2025-ci ildən etibarən dəyişib. İstifadəçilərə göndərilən bildirişlərə görə, canlı yayım xüsusiyyətindən istifadə etmək istəyən hesablar artıq 1000 izləyici olaraq elan edilən müəyyən sayda izləyicini keçməlidir.

Bu qərar daha əvvəl oxşar siyasət tətbiq edən TikTok-a bənzədilib. TikTok da istifadəçilərdən canlı yayıma çıxmaq üçün 1000 izləyici tələbi qoyub. Görünür, Instagram da bu yanaşmaya uyğunlaşıb.


1000-dən az izləyicisi olanlar artıq canlı yayım edə bilməyəcəklər

Instagram tərəfindən göndərilən rəsmi bildirişə əsasən, 1000-dən az izləyicisi olan hesablar artıq canlı yayım funksiyasına daxil ola bilməyəcək. Bu istifadəçilər əvvəllər bu funksiyadan sərbəst istifadə edə bilsələr də, indi yalnız yayımlara baxa biləcəklər. Bu dəyişikliklə Instagram daha keyfiyyətli məzmun yaradılmasını təşviq etmək və istifadəçi təcrübəsini təkmilləşdirmək məqsədi güdüb.


Bu qərar niyə verilib?

Instagram bu qərarla bağlı dəqiq izahat təqdim etməyib. Lakin göndərilən bəyanatlardakı ifadələr bunun platformada canlı yayım təcrübəsini və əlaqəni yaxşılaşdırmaq məqsədi daşıdığını göstərib. Eyni zamanda, bu addımın spamın qarşısının alınması, təhlükəsizlik problemlərinin azaldılması və istifadəçilərin daha etibarlı məzmun yaradıcılarını izləməyə təşviq edilməsi kimi səbəblərlə motivasiya olunduğu ehtimal edilib.


Kiçik məzmun yaradıcıları və fərdi istifadəçilər reaksiya verib

Yeni tətbiq, xüsusilə kiçik hesab sahibləri, yeni məzmun yaradıcıları və canlı yayımlardan yalnız dostları ilə ünsiyyət qurmaq üçün istifadə edən şəxslər tərəfindən mənfi reaksiya ilə qarşılanıb. Bu istifadəçilər hesab ediblər ki, bu dəyişiklik “Instagram”ın əlçatanlığını azaldacaq və onların məzmun yaratmaq motivasiyasına mənfi təsir göstərəcək.

Oxşar sistem uzun müddətdir “TikTok”da tətbiq olunub və bəzi istifadəçilər “Instagram”ın bu addımının platformanı “TikTok”a bənzətmək cəhdi olduğunu düşünürlər. Lakin bəzi istifadəçilər bu məhdudiyyətin keyfiyyətsiz və arzuolunmaz yazıların qarşısını alacağına inanırlar.


İnstagramda yeni dövr başlayıb

“Instagram”ın bu qərarı ilə canlı yayımlar artıq hər kəs üçün əlçatan xüsusiyyət sayılmır. İstifadəçilər, xüsusən də məzmun yaradıcısı olmaq istəyənlər, izləyici sayını artırmalı olacaqlar. Bu, platformada rəqabətə və məzmunun keyfiyyətinə birbaşa təsir edə bilər.

Bu inkişaflar göstərib ki, sosial media platformaları məzmun yaradıcıları üzərində daha çox nəzarət etməyə başlayıb və istifadəçi təcrübəsini optimallaşdırmaq üçün daha sərt siyasətlər həyata keçirirlər. Yaxın gələcəkdə “Instagram”ın digər funksiyalarında da oxşar addımların atılması mümkündür.


Tərcümə etdi: Səidə Əsədli

Mənbə: Fikrimucit


Paylaş
Şərh əlavə et