Ohayo Dövlət Universitetinin araşdırmasına görə, okean və ya Meksika körfəzi yaxınlığında yaşayan insanlar daxili şəhərlərdə yaşayanlardan bir il daha çox yaşayırlar.

Okean kənarında yaşamaq daha uzun ömür ilə əlaqələndirilə bilər, lakin oxşar fayda çayların və ya göllərin yaxınlığındakı şəhərlərdə yaşayanlara aid edilmir. Ohayo Dövlət Universitetinin İctimai Sağlamlıq Kollecində Ətraf Mühitin Sağlamlığı Elmləri Departamentinin dosenti Vu deyib: "Biz hər hansı bir "mavi məkan"ın bəzi faydalar verə biləcəyini düşündük, lakin sahilə yaxın yaşayanlarla daxili sulara yaxın olanlar arasında belə kəskin fərq tapdığımıza təəccübləndik".
SciTechDaily xəbər verir ki, Ohayo Dövlət Universitetinin tədqiqatçıları ABŞ-da 66 mindən çox əhali mərkəzinin məlumatlarını araşdıraraq, gözlənilən ömür uzunluğu ilə müxtəlif su yollarına yaxınlıq arasındakı əlaqəyə diqqət yetiriblər. Nəticələr Environmental Research jurnalında dərc olunub.
Təhlil sahillərdə yaşayış və artan ömür arasında güclü əlaqə tapdı. Xüsusilə, okeandan və ya Meksika körfəzindən 30 mil məsafədə yaşayanlar daha uzun yaşamağa meyllidirlər. Bununla belə, göllər kimi böyük daxili su hövzələrinin yaxınlığında (2,5 kvadrat mildən çox) şəhər ərazilərində yaşayanların gözlənilən ömür müddəti bir qədər qısa idi. Tədqiqat həmçinin tapdı ki, suya yaxın kənd yerlərində yaşayanlar da cüzi bir ömür boyu üstünlük əldə edə bilərlər.
"Ümumilikdə, sahil sakinlərinin orta hesabla 79 ildən bir il və ya daha çox yaşayacağı gözlənilir, daxili çaylar və göllərin yaxınlığındakı şəhərlərdə yaşayanların isə təxminən 78 il ömrü var. Sahil sakinlərinin daha uzun ömür sürməsi çox güman ki, bir-biri ilə əlaqəli bir sıra amillərlə bağlıdır" - aparıcı müəllif Jianyong Vu tapıntıları şərh edərkən deyib.
Mənbə: Gazeteoksijen
Tərcümə etdi: Sona Osmanova
