Bu gün:

7 dəfə ölümdən qurtulub – Fran Selakın inanılmaz həyatı


Bir insan həyatında bir dəfə ölümcül qəza keçirib sağ qalsa, bu böyük şans sayılır. Bəs 7 dəfə ardıcıl şəkildə ölümdən qurtulub sağ qalan birini təsəvvür edirsinizmi? Bu, Fran Selak adlı xorvatiyalının hekayəsidir. O, “dünyanın ən şanslı adamı” və “ölümə meydan oxuyub sağ qalan insan” kimi tanınıb.

 Gəlin onun inanılmaz həyat yoluna nəzər salaq.

Fran Selak kimdir?
Fran Selak 1929-cu ildə Xorvatiyada anadan olub. Sadə bir həyat yaşayıb, amma bir-birinin ardınca baş verən faciəvi qəzalardan sağ çıxaraq dünyada məşhurlaşıb. Hər qəza onun həyatına son qoya bilərdi, amma o, möcüzəvi şəkildə qurtulub.

Qəzalar:
1. 1962 – Qatar relsdən çıxıb donmuş çaya düşüb. Çoxları boğulub, Fran isə üzərək qurtulub.
2. 1963 – Təyyarədən düşüb, ot tayasına düşərək sağ qalıb. Digərləri ölüb.
3. 1966 – Avtobus çaya sürüşüb, Fran pəncərədən çıxıb, yenə də üzərək canını qurtarıb.
4. 1970 – Maşının yanacaq çəni partlayıb, o isə vaxtında çölə tullanıb.
5. 1973 – Maşın yenə alışıb, amma Fran zərər görməyib.
6. 1995 – Avtobus onu vurub, lakin yüngül xəsarətlə canını qurtarıb.
7. 1996 – Dağ yolunda maşını dərəyə yuvarlanıb, amma Fran tullanıb sağ qalıb.

Fran Selakın yaşadığı hadisələr və 2003-cü ildə qazandığı lotereya mükafatı həyatın dəyişkən və gözlənilməz olduğunu göstərir. Onun qarşılaşdığı təhlükələrdən sağ çıxması güclü iradə və qətiyyət tələb edib. Bu hekayə, insan həyatında nə qədər çətinliklər olsa da, möhkəm duruşun və çevik reaksiya verməyin önəmli olduğunu nümayiş etdirir.

Mənbə: Vocal 


Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et