Bu gün:

Məhsuldarlığı artırmağın yolları


Vaxtın idarə edilməsi üzrə koç Kler Evans deyir ki, məhsuldarlığı artırmaq üçün işdə daha tez-tez qısa fasilələr verməlisiniz. GQ jurnalının Britaniya nəşri bu və özünə intizam və səmərəliliklə bağlı digər ekspert məsləhətlərini xəbər verir.

Evans hesab edir ki, uzun müddət bir iş üzərində cəmləşmək çətindir, xüsusən də, ofis və məsafədən çalışan işçilərin diqqəti çox yayınır. “Nə qədər çox işləsən, bir o qədər yorulursan və məhsuldarlıq bir o qədər aşağı düşür”, - məşqçi deyib. Onun sözlərinə görə, yorğun olanda daha çox səhvlər baş verir. O, düzəlişlərə vaxt itirməmək üçün iş günü ərzində daha tez-tez istirahət etməyi məsləhət görüb.

“Daha tez-tez, daha qısa fasilələr sizə enerji verir, diqqətinizi yenidən cəmləməyə, məhsuldarlığı artırmağa və tapşırıqları daha tez yerinə yetirməyə kömək edir”

Evansın qeyd etdiyi məhsuldarlığı artırmağın başqa bir yolu işləri təxirə salmaq vərdişindən əl çəkməkdir. Onları tez-tez və yavaş-yavaş etməyi təklif etdi. Məsələn, hər gün hesabları təmizləmək və ya doldurmaq üçün 10-20 dəqiqə vaxt ayıra bilərsiniz. Bu nümunəyə sadiq qalaraq Evans deyir ki, tapşırıqlar eyni anda yığılmayacaq.

Məşqçi həmçinin günü vaxt bloklarına bölməyi və onların hər birinin doldurulmasını planlaşdırmağı məsləhət görür. “Siyahıdakı hər bir tapşırıq üçün nə qədər vaxt ayrılmalı olduğunu və bunun sizin gününüzə necə uyğun gəldiyini görəcəksiniz” deyə Evans strategiyanı izah edib.

Eyni prinsiplə o, böyük tapşırıqları kiçik alt tapşırıqlara bölməyi və onları bir yerdə qruplaşdırmağı məsləhət görüb. Məsələn, e-poçtu yoxlamaq, məktub yazmaq və telefon zəngləri etmək üçün bir blok təyin edin. Bütün tapşırıqlar davamlı olaraq yerinə yetirilməlidir. Evans bütün bloku tamamladıqdan sonra növbəti tapşırıqlar qrupuna keçməzdən əvvəl fasilə verməyi təklif etdi. Məşqçi qeyd edib ki, bloklar müntəzəm olmalı və gündə bir dəfə və həftədə bir dəfə eyni vaxtda təkrarlanmalıdır. Belə ki, onun fikrincə, planlaşdırmaq daha az vaxt aparacaq.

Mənbə: Lenta

Tərcümə etdi: Günel Məmmədova



Paylaş
Şərh əlavə et