Bu gün:

Həyatınızı asanlaşdıracaq ipucları


Həyat bəzən çox çətin və yorucu ola bilər. Ancaq həyatımızı planlaşdırmaqla asanlaşdıra bilərik.

1. Xərclərinizi və gəlirlərinizi düzgün bölüşdürün
Pulunuzu düzgün idarə etmək və stressiz həyat istəyirsinizsə, özünüz üçün büdcə hazırlayın. Xərclərinizi mütəmadi olaraq yoxlayın. Borcunuz varsa, onu ödəməyi planlaşdırın. Əlavə pul xərcləməmək üçün diqqətli olun və sizə nə lazımdırsa, xərclərinizi ona yönəldin.

2. Eviniz daima səliqəli olsun

Evinizdə səliqə-sahman varsa, bundan məmnun qalacaqsınız. Evinizdən istifadə etmədiyiniz əşyaları uzaqlaşdıra və ya otaqda əşyaların yerini dəyişdirə bilərsiniz. Bu sizə xoş təsir bağışlayacaq.

3. İşlərinizi təxirə salmağı dayandırın

İşləri təxirə salmaq nadir hallarda bir şeyi həll edə bilər, amma bunu vərdişə çevirmək sizi daha çox stressə salır. Bir probleminiz varsa, ona diqqət yetirin. Bir şey etməlisinizsə, hərəkətə keçin və davam edin. Haradan başlayacağınızı bilmədiyiniz bir nöqtədəsinizsə, işləmək üçün rahat bir  məkan seçin və sadəcə başlayın.

4. Vaxtnızı şüurlu şəkildə bölüşdürün 

Gündəlik həyatda işləri zamana görə bölüşdürmək bizim üçün çox xeyirlidir. Vaxt bölgüsünün düzgün aparılması bizi daha çox ruhlandıracaq. Ən önəmlisi həyatınıza dəyər qatmayan hərəkətləri və ya öhdəlikləri silin. Qısa müddətə də olsa, hər gün özünüzə bir az boş vaxt ayırın. Tezdən durun və gününüzü planlaşdırın.

5. Planlı şəkildə işlərinizi həll edin

Planlı iş görmək, şübhəsiz ki, həyatı asanlaşdırmağa kömək edəcəkdir. Özünüz üçün gündəlik tutun və təqviminizə maraqlı fəaliyyətlər əlavə edin.



Mənbə: NTV

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et