Bu gün:

Sosial media və gözəllik qavramı


İstifadəçilərinin gündən-günə artdığı sosial media gözəllik qavrayışı yaradaraq insanların düşüncə tərzini və tələbini, hətta görünüşünü də oxşar edib.

Gözəllik nədir? 

Gözəllik hər kəsin razılaşdığı bir anlayış deyil. Gözəlliyin nə olduğu ilə bağlı yanaşmalara nəzər salaraq fəlsəfi problemə çevrilmiş, fəlsəfənin dəyər sahəsi daxilində araşdırılmasına səbəb olmuşdur. 

Gözəllik insanların zövqü ilə bağlıdır və bir çox amillər insandan insana zövq elementlərini dəyişir.

Əvvəllər gözəllik qavrayışı çox fərqli idi. Hər kəsin zövqü, mədəniyyəti, baxış bucağı fərqli olduğu üçün gözəllik anlayışını özünüzə uyğun şərh edə bilərdiniz. Bəzi mədəniyyətlərdə indi kilolu kimi təsvir edilə bilən insan gözəl sayılırdı. Bəzi mədəniyyətlərdə indi arıq adlandırılacaq bir insan gözəl anlayışına uyğun gəlirdi.

Sosial media və gözəllik qavrayışı

Sosial medianın həyatımıza daxil olması ilə insanların zövqləri və fikirləri eyni olmağa başladı. Postlar, gözəllik yarışmaları kimi insanlara təqdim edilən "gözəl" və "çirkin" nümunələri ilə insanlar öz bəyəndiklərindən, fikirlərindən imtina edərək müəyyən qavrayış təlqinləri ilə eyni düşüncələri mənimsəməyə başladılar.

Sosial media gözəlliyin dərk edilməsi üçün örnək göstərdiyi gözəl və çirkin anlayışlarını getdikcə daha çox populyarlaşdırıb və bu gün insanlar tərəfindən model kimi qəbul edilib. Bu vəziyyət makiyaj, plastik cərrahiyyə və moda kimi sektorların inkişafını təmin etdi. Çünki insanlar sosial medianın yaratdığı gözəllik qavrayışına qapılıb və göstərilən modelləri qəbul edərkən özlərini dəyişmək istəyirlər.

Google-un 2017-ci ildə tərtib etdiyi nəticələrə görə, insanlar fiziki görünüşlərini dəyişmək üçün yanvar ayında daha çox rinoplastika və botoks əməliyyatları üçün axtarış ediblər. Bu, insanların yeni ilə “yeni mən” ideyası ilə başlamaq istəyinin əlaməti kimi qəbul edilə bilər.

Bu gözəllik qavrayışı ilə insanları dəyişməyə və eyni görünüşə sövq edərkən, sosial media istifadəçilərinin bir çoxu da bu qavrayışa qarşı çıxanları sərt tənqid edib. Plastik əməliyyat etdirməyən və özünü olduğu kimi bəyənənlərin paylaşımlarına “Çox çirkin görünürsən”, “Çox çirkinsən”, “Burnun əyri” kimi şərhlərin gəlməsinə səbəb olub.

Çünki hər kəs paylaşılan paylaşımlara və sosial mediada nümayiş olunan “gözəl” anlayışına uyğun görünməli, görünməyənlər isə tənqid edilməlidir kimi düşüncə formalaşmağa başladı.

Gucci markasının gözəllik qavrayışını dəyişmək üçün seçdiyi modellərə edilən şərhlərə baxdıqda bunu anlaya bilərsiniz. 

Sosial medianın gözəllik qavrayışına görə, yalnız müəyyən görünüşə malik olanlar bəyənilir və buna uyğun deyilsinizsə, özünüzü dəyişməli, makiyaj və plastik əməliyyatlara müraciət etməlisiniz, əks halda bu şərhlərə məruz qalacaqsınız.

Sən ən çox özün olanda gözəlsən

Ancaq bu vəziyyətlə yanaşı yaradılan bu gözəllik qavrayışına qarşı çıxanlar da var. Həmin insanlar insanların öz reaksiyalarını ortaya qoyaraq onlara tətbiq edilən gözəllik və estetik görünüşünə son qoymağın vaxtının çatdığını düşünürlər. Bu mövzu haqqında YouTube-da makiyaj kanalı olan Em Ford gözəllik qavrayışına sığmayan və bu mövzu üzərindən məzmun istehsal edən bir insan idi. İnstaqram hesabında paylaşdığı şəkillərin şərhində o, ağır və zahiri görünüşünə görə tənqidlərə məruz qalıb. Məsələn, YouTube kanalında makiyaj edib sızanaqlarını örtdüyü zaman “Eybəcərliyini örtməyib” kimi şərhlər edilib.

Bu şərhlərin üzərinə Em gözəllik qavrayışının sosial mediada necə tətbiq edildiyini və onun təsirlərini insanlara göstərərək "You look disgusting", yəni "İYRƏNC GÖRÜNÜRSƏN" başlığı ilə video hazırladı və insanlar bu videoya müsbət şərhlər yazdılar. Onun kimi düşünən və gözəllik qavrayışı ilə razılaşmayan insanları görən Em bu anlayışı dəyişmək üçün işinə davam edib və videolar çəkib. "REDEFİNE PRETTY", yəni "GÖZƏLLİYİ YENİDƏN TƏYİN EDİN" videosunu buna misal çəkmək olar. O, hələ də sosial mediada yaranan bu qavrayışı şübhə altına alacaq videolar yükləməyə davam edir.

Onun açdığı #YOULOOKDISGUSTING heşteqi ilə insanlar bəzən tətbiq olunan gözəllik qavrayışını qırmaq üçün sosial media platformalarında dəstəkləyici məqalələr və fotolar paylaşırlar. 

Em Ford bütün bu modellərin, gözəllik və çirkinlik anlayışlarının insanları yanıltdığını, necə görünsəniz də gözəl olduğunuzu vurğulayır və əlavə edir,-"Sən gözəlsən. Heç kimin sənə əksini deməsinə icazə vermə. Özünün belə".

Mənbə: İienstitu

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et