Bu gün:

Dünyanın ən qəribə 3 canlısı


Şübhəsiz ki, hər birimiz heyvanları və təbiəti sevirik. Ancaq bəzi heyvanlar var ki, görünüşü ilə tüklərimizi ürpədir. Bu məqalədə sizlərə dünyadakı ən qəribə və maraqlı görünüşə sahib olan 3 heyvanı təqdim edirik.

1. Venesuelalı kaniş güvəsi

Venesuelalı kaniş güvəsi həm pudelə, həm də güvəyə bənzəyən yeni kəşf edilmiş böcəkdir. Adından da göründüyü kimi vətəni Venesueladır.

2. Çəhrayı pəri armadillosu

Çəhrayı pəri armadillosu armadillo növlərinin ən kiçik və ən sevimli üzvüdür. Cəmi yarım kilo çəkisi olan çəhrayı pəri armadillosu köstəbək kimi yaşayır. Bu heyvanın vətəni Cənubi Amerikadır.

3. Tikanlı kərtənkələ

Tikanlı kərtənkələlərə yalnız Avstraliyada rast gəlinir. Görünüş etibarilə əjdahaya bənzəyən tikanlı kərtənkələ onurğalarından kamuflyaj texnikası kimi istifadə edir.

Mənbə:  Milliyet

Tərcümə etdi: Nahid Xəlilov

Paylaş
Şərh əlavə et