Bu gün:

Arxeoloqlar 130 min illik “neandertal İsveçrə bıçağı”nı aşkar ediblər


Arxeoloqlar qədim neandertallara məxsus nadir bir çoxfunksiyalı alət aşkar ediblər. Tədqiqatçılar bu alətin təxminən 130 min il əvvəl aslanın baldır sümüyündən oyularaq hazırlandığını bildirirlər.

Alət çaxmaqdaşı alətlərini hazırlamaq və emal etmək, kəsici vasitə kimi istifadə olunmaq, eyni zamanda çəkic və itiləyici funksiyasını yerinə yetirmək qabiliyyətinə malik olub.

Tədqiqatçılar bu tapıntını “neandertalların İsveçrə bıçağı” adlandırıblar və bildiriblər ki, bu alət həmin dövr insanlarının texniki düşüncə və funksional alət yaratma qabiliyyətinin gözləniləndən daha yüksək olduğunu sübut edir. Beləliklə, bu tapıntı neandertalların düşündüyümüz qədər primitiv olmadığını bir daha göstərmiş olur.

Mənbə: Another History 

Tərcümə etdi: Səid Quliyev 

Paylaş
Şərh əlavə et