Bu gün:

Unutqanlıq təkcə yaşlılarda baş vermir


Yaşlılıqda tez-tez rast gəlinən unutqanlığa bu gün gənclər, hətta uşaqlar arasında da rast gəlinir.

Nevroloq Dr. Meliha Aydın qeyd edir ki, gənclərdə unutqanlığın əsas səbəbi depressiya, uşaqlarda isə yeniyetməlik problemləri, diqqət əskikliyi və hiperaktivlik pozuqluğudur. Cəmiyyətdə 65 yaşdan yuxarı fərdlərin yüzdə 5, 85 yaşdan yuxarı fərdlərin isə yüzdə 35-50-nin unutqanlıq yaşadığını ifadə edən Nevrologiya Mütəxəssisi Dr. Meliha Aydın bildirir ki, bütün amneziyalar demans və ya Alzheimer xəstəliyi deyil. Aydın belə davam edir: 

"Unutqanlıq, adətən, qocalıqda baş versə də, bunun yalnız yaşlılarda müşahidə olunduğu düşüncəsi doğru bir fərziyyə deyil. Patoloji unutqanlıq hər yaş qrupunda çox fərqli səbəblərə görə inkişaf edə bilər". Bundan əlavə, Aydın unutqanlığın bir çox fərqli səbəblərdən olduğunu ifadə etdi. O deyir ki, unutqanlıq bir çox xəstəliklər üçün erkən simptom ola bilər.

Mənbə: Güneş gazetesi

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et