Qazaxıstanın cənub-qərbində yerləşən və çox az adamın bildiyi Koybagar gölləri dünyanın ən qəribə su hövzələrindən sayılır. Bu göllərin əsas özəlliyi həm şirin, həm də duzlu su xüsusiyyətlərinə malik olmasıdır. Yəni bəzi hissələri içməli su ilə doludur, bəzi hissələrində isə okean suyu qədər duz var.

Alimlərin fikrincə, bu göllərdə həm təbii şirin su bulaqları, həm də yeraltı duz yataqları birlikdə mövcuddur. Ən maraqlısı isə bu sularda yaşayan nadir canlılardır. Duzlu mühitdə yaşaya bilən planktonlar, eyni zamanda şirin suda yaşayan balıqlar eyni göldə, ancaq fərqli sahələrdə yaşayırlar.
Təbiətsevərlər və elm adamları bu qeyri-adi gölləri “suyun paradoksu” adlandırırlar. Hazırda Koybagar gölləri UNESCO-nun müvəqqəti dünya irsi siyahısındadır və unikal biomüxtəlifliyinə görə qorunur.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
