Bu gün:

Yazmağın ağıl və ruh üçün faydaları


Qələm və kağız parçası bəzilərimiz üçün çox şey ifadə etdiyi halda, bəzilərimiz üçün isə heç bir əhəmiyyət kəsb etmir. Yazının əhəmiyyətini heçə sayan şəxslər belə qavrayırlar ki, sanki yazmaq ancaq şairlərə, ədəbiyyatçılara və yazarlara aiddir. Halbuki yazmaq hər kəsin asanlıqla edə biləcəyi bir hərəkətdir.

Biz uşaq yaşda yazmağı öyrənirik və fərqində olmasaq da, gündəlik həyatımızda davamlı olaraq istifadə edirik. Burada qeydlər apararkən, bazara getməmişdən əvvəl görüləcək işlər siyahısı hazırlayarkən, iştirak etdiyimiz məclislərdə fikirlərimizi başqalarına çatdırarkən... Amma hələ də çoxumuz yazmağın rahatlaşdırıcı və müalicəvi təsiri ilə tanışmamışıq. 

Yazmaq düşüncə sürətini və söz ehtiyatını artırsa da, əhval-ruhiyyəyə də yaxşı təsir edir və stress səviyyəsini azaldır. 

Yazı həm də sözlərlə asanlıqla ifadə edə bilmədiyimiz bir çox şeyi ifadə etməyimizə kömək edir. Stressli və ya emosional cəhətdən çətin hadisələr haqqında yazan insanlar pis hadisələrin travmatik təsirlərindən daha asan qurtularlar. 

Yazı ağıl və psixologiya üçün faydaları ilə yanaşı, fiziki cəhətdən də faydalıdır. Mənfi hadisələr haqqında yazmaq izah olunmayan hadisələri həll etməyə kömək edir və buna görə də stressi aradan qaldırmağa kömək edir. Stress azaldıqca orqanizmdə stress nəticəsində yaranan fiziki narahatlıqlar (boyun, onurğa ağrıları, dəri yaraları və s.) azalır. 

Mənbə: hürriyet.com.tr

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et