Bu gün:

Çox gəzən çox bilər, yoxsa çox oxuyan?


Bizim nəsil, təbii ki, bu sözü başqa cür bilirdi. Uşaqlığımızda kim bilir neçə dəfə eşitmişik: "Çox gəzən, yoxsa çox oxuyan?

"Sanki sualın özü cavabdan daha önəmli idi. Sual ciddi şəkildə qoyulmuşdu, sanki dərin, çıxılmaz bir vəziyyət var idi. Bəlkə də, istərdik ki, cavabımız "Çox oxuyan!" olsun.

Düşünürəm ki, ibtidai və orta sinif müəllimlərimiz oxumağa olan sevgimizi belə artırmağa çalışıblar. Çox oxumaq və çox səyahət etmək....sanki heç vaxt yan-yana gedə bilməyəcəklər... Oxumağı və səyahət etməyi eyni həvəslə sevən bir insan kimi mən həmişə iki yerə bölünmüşəm. Heç vaxt öz içimdə düzgün cavab verə bilməmişəm. Bəlkə də, oxumağın da daxildə bir səyahət olduğuna inandığım üçün... Düşünürəm ki, hər kitab bizi fərqli bir səyahətə aparır. Hər kitabı özlüyündə bir macəra hesab edərək oxumaqla da səyahət etmək olar. Başqa bir əsrə, başqa yerə, başqa həyata səyahət. Güzgünün digər tərəfi də var; çünki dünyanı oxumaq mümkündür, hər insanı, hər həyatı kitab kimi əzbərləməklə. Oxumaq və səyahət etmək, əslində, bir-birinə çox bağlıdır.... Çox səyahət edir, yoxsa çox oxuyur, mübahisəli məsələdir, amma bilinməsi lazım olan şey onun bildiklərinin onun üçün çox olacağıdır. İllər əvvəl qeyd edilsəydi, mənim öz fikrim o olardı ki, çox gəzən çox bilsin. Halbuki bu gün texnologiyanın inkişafı ilə çox oxuyan, internetdə çox gəzən, facebook və sosial mediadan çox istifadə edənlərin daha çox məlumat alacağı fikri ağır gəlir. Çox gəzən vaxtının çoxunu səyahətə sərf edir. Gördüklərini və yaşadıqlarını qeyd edərək yaşananların daha yaxından şahidi olur. Onun getdiyi yerlər vizual yaddaşına yazılır və bilikləri təzə qalır.    

Hörmətli Övliya Çələbi, ruhu şad olsun, bütün Osmanlı dövlətini gəzib, gördüklərini yazıb bizə çatdırıb. Onun sayəsində daha parlaq bir keçmiş gözümüzün qabağındadır. Əslində, yuxuda Allahdan “şəfaət” istəmək əvəzinə, səhvən “səyahət” istədiyini deyir. Dili sürüşür və səyahətləri belə başlayır. Arzu edirəm ki, onun nəvələrinin nəvələri olan bugünkü gənclərimiz internetdə dolaşmaqla kifayətlənməklə yanaşı, həyatı kitab kimi oxuyub, kitaba dünya kimi baxsınlar...

Mənbə: Postgazetesi.ch

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et