Bu gün:

Tarixdə epidemiyalara səbəb olan 8 ölümcül virus


Zaman-zaman dünyanı viran qoyan virus epidemiyaları və çoxlu ölümlər barədə eşitmisiniz. Hər gün yeni bir virus ortaya çıxsa da, bu yazıda bəşəriyyətə ən çox təsir edən və təəccübləndirən viruslardan bəhs etmək istədik ki, bir gün rastlaşsanız onları gözlərindən tanıyasınız!

1. Quduzluq virusu

1920-ci illərdə sağalan quduz virusu Əfqanıstan və Hindistan kimi ölkələrdə insanları öldürməyə davam edir. Məməlilərin tüpürcək vəzilərində rast gəlinən və dişləmə ilə yoluxa bilən quduzluq virusu üçün mütəxəssislər ən kiçik şübhə zamanı belə tədbir görülməli olduğunu bildirir. Virusun inkubasiya dövrü keçdikdən sonra simptomlar görünməyə başlayır və bu zaman çox gec ola bilər.

2. Ebola virusu

5 fərqli növü olan Ebola viruslarının bəziləri xəstə etməsə də, bəziləri daxil olduqları yeri məhv etməklə məşhur olan "ağır qardaş" viruslarıdır. Bir çox heyvandan və insandan qan və ya digər bədən mayeləri ilə keçə bilən bu virusda qızdırma, baş ağrısı, halsızlıq kimi bir çox fərqli əlamətlər ola bilər. Xəstəliyin ən bariz sindromu qan bütün “dəliklərinizdən”, o cümlədən qolunuzdakı serum üçün dəlikdən axmağa başladığı zamandır. Ehtiyatlı olmaq yaxşıdır.

3. Maburq virusu

Hələ dəqiq müalicəsi olmayan bu virus heyvanlardan və insanlardan hətta toxuma təması ilə də keçə bilir. Açığı, yayıldığı yerdə 10 nəfərdən 9-nu öldürən bu virusla qarşılaşsaq nə edəcəyimizi bilmirik. 

4. HIV virusu

Son 30-40 ildə aramızda dolaşan HIV 36 milyon insanın ölümünə səbəb olan ən təhlükəli viruslardan biridir. Təəssüf ki, ən çox yayılan yoluxma cinsi əlaqədir. Bədəninizin müdafiə qüvvələrini şikəst edir, müdafiəsiz qoyur. Qorunmayan və immuniteti zəifləmiş orqanizminiz artıq QİÇS-dir. İnsanı çox sadə xəstəliklərin də öhdəsindən gələ bilməz hala gətirir.

5. Çiçək virusu

20-ci əsrdə 300 milyon insanın ölümünə səbəb olan bu çirkin virusdan qorxmaq lazım deyil. Çünki 1980-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı onların kökünü kəsdiklərini açıqlamışdı. Ən çox yayıldığı zaman hər üç adamdan birinin ölümünə səbəb olan çiçək virusu, öldürə bilməyəndə korluq və dərin çapıqlar kimi imzalar buraxdı.

6. Hantavirus

Siçanlarla yaxınlığınız varsa, narahat olmanız lazım olan bir virusdan danışırıq. Yoluxmuş gəmiricilərdən insanlara keçə bilən, lakin insandan insana keçməyən hantavirus 1993-cü ildən bu yana 600-dən çox insana yoluxub və onların əksəriyyətini öldürüb. Müalicəsi olmayan bu virusla əlaqəli olmaq istəmirsinizsə, gəmiricilərin həzmindən və tüpürcəklərindən uzaq durmağınızı tövsiyə edirik.

7. Qrip virusu

Bu virusu soyuqdəymənin öldürücü versiyası adlandıra bilərik. 90-cı illər nəslinin ən çox tanış olduğu virus epidemiyalarından biri olan qrip çox tez mutasiya edə bildiyi üçün hər il yayıla bilər. "İspan qripi" adlanan bu virus 1918-ci ildə tarixin ən böyük zərbəsini törədib, 50 milyondan çox insanın ölümünə və dünya əhalisinin yarıya qədər azalmasına səbəb olub.

8. Rotavirus

Rotaviruslar əsasən kontakt-məişət, çirkli əllər, yaxşı yuyulmamış əllər, su vasitəsilə fekal-oral yolla yoluxmasına baxmayaraq, bəzi hallarda hava-damcı  yoluyla da yayıla bilir. Bu virusun törətdiyi infeksiyaya bəsən "çirkli əllər xəstəliyi" deyilir. Rotavirusun 2008-ci ildə 453 mindən çox uşaq və körpənin ölümünə səbəb olduğu düşünülür. Elm adamlarının indiyə qədər 2 növ müalicə hazırlaya bildiyi bu virus, yoluxmuş insanda şiddətli ishal yaradaraq öldürür.

Mənbə: onedio.com

Tərcümə etdi: Lumu Zülfüqarova

Paylaş
Şərh əlavə et