Bu gün:

Ağcaqanad dişləməsinin qaşıntısı necə keçər?


Xüsusilə, yay aylarında ortaya çıxan ağcaqanadlar kiçik və qısa ömürlü növlər olsalar da, bir çox kiçik və ya böyük problemlər yarada bilirlər. Bəs ağcaqanad dişləməsindən irəli gələn qaşınma nədir, necə keçir?

İnsandan insana fərqli olan ağcaqanad dişləmələrinin təsiri bəzən uzun müddət davam edə bilir. Ağcaqanad dişləmələri çox nadir hallarda ciddi allergik reaksiyalara səbəb olur. Bu allergik reaksiyalarda tənəffüs çətinliyi, bütün bədəndə səpgilər, boğazda qapanmağa başlama hissi kimi əlamətlər müşahidə olunarsa, ən qısa müddətdə təcili yardıma müraciət edilməlidir.

Ağcaqanad dişləmələri 1-2 gün ərzində yox olur və immun sistemi zəif olanlarda və uşaqlarda qızartı və şişkinlik daha uzun müddət davam edə bilir. Apteklərdə satılan və dəri səthinə tətbiq olunan yerli antihistaminik kremlər və qaşınma əleyhinə məlhəmlər ağcaqanad qaşınmasında tətbiq oluna bilər. Qaşıntı və iltihabı azaltmaq üçün ağcaqanad dişlədiyi yerə buz da tətbiq edilə bilər. Ağcaqanad dişləmələrində dişlənmiş nahiyəni qaşımaq həm qızartı, həm də qaşınmanın artmasına səbəb olacaq və həddindən artıq qaşıma nəticəsində, dəridə qıcıqlanma və qanaxma baş verə bilər. Bu da infeksiya riskini artırır.

Ağcaqanad dişləmələri üçün apteklərdən alınan dərmanlarla yanaşı, evdə tapılan materiallardan da təbii məhlullar hazırlana bilər. Xüsusilə, izopropil və ya etanol tipli spirtlər buxarlanarkən yaratdığı soyutma effekti sayəsində ağcaqanad qaşınmasını aradan qaldırır.

Mənbə: NTV Haber

Tərcümə etdi: Lumu Zülfüqarova 


Paylaş
Şərh əlavə et