Bu gün:

Misirdə Böyük İsgəndəriyyə Mayakının 22 bloku dənizdən çıxarılıb


Dünyanın yeddi möcüzəsindən biri sayılan Böyük İsgəndəriyyə Mayakının bərpası istiqamətində işlər davam etdirilir. Layihə çərçivəsində mayaka aid 22 blok dənizin dibindən qaldırılıb.

Son arxeoloji tapıntılar arasında monumental girişin kütləvi lintelləri və sütunları, astana daşları, bünövrə plitələri, eləcə də əvvəllər məlum olmayan pilona aid parçalanmış qalıqlar yer alır.

Hazırda dəniz dibində yerləşən 3300-dən çox qalıq sənədləşdirilib, bəziləri yerindəcə 3D skan edilərək çıxarılmağa hazırlaşdırılır. Layihənin yekun məqsədi mayakı yenidən inşa edib, onu turizm məqsədilə istifadəyə verməkdir.

Mənbə: Another History 

Tərcümə etdi: Səid Quliyev 

Paylaş
Şərh əlavə et