Bu gün:

Elm cavabladı: İstədiyinizi dərhal əldə etməyinizi təmin edə biləcək gizli göz işarəsi


Alimlər, bir çox insanın gündəlik həyatda tez-tez istifadə etdiyi, lakin fərqində olmadığı qeyri-şifahi ünsiyyət üsullarını araşdırmağa davam edir. Son tədqiqatlara görə, müəyyən bir baxış tərzi, insanlara istədiklərini daha sürətli şəkildə əldə etməyə kömək edə bilər.

Araşdırma, gözlərlə qurulan əlaqənin və baxış istiqamətinin, qarşı tərəfin qərar vermə prosesinə ciddi təsir etdiyini ortaya qoyub. Bu da deməyə əsas verir ki, istədiyinizi ifadə etmək üçün yalnız sözlərdən deyil, doğru anda edilən xüsusi bir baxışdan da istifadə edə bilərsiniz.

Nəticədə, əvvəl obyektə baxaraq, daha sonra istədiyiniz insanla göz təması quraraq, daha sonra eyni obyektə yenidən baxaraq kiməsə bir şey istədiyinizi deyə bilərsiniz.

Araşdırmaya görə, bu ardıcıllıqla edilən göz təması, qarşı tərəfin görünüşü kömək çağırışı kimi şərh etməsinə səbəb olur.

Mütəxəssislər bildirirlər ki, bu “gizli göz işarəsi” qarşı tərəfdə təzyiq və ya emosional bağlılıq hissi yaradır, bu da onların qərarlarında yumşalma və ya dəyişikliklə nəticələnə bilər. Əsas şərt isə bu baxışın səmimi və zamanlaması düzgün olmasıdır.

Bu tədqiqatın nəticələri, satış texnikalarından şəxsi münasibətlərə qədər bir çox sahədə istifadə oluna bilər. Beləliklə, istədiyinizi almaq üçün sözlərdən çox, baxışlarınızın gücünə güvənin.

Mənbə: Nefes

Tərcümə etdi: Sona Osmanova 

Paylaş
Şərh əlavə et