Kainatda gördüyümüz ulduz və qalaktikalar milyardlarla il davam edən mürəkkəb proseslərin nəticəsidir. Ulduzlar parlaq görünsə də, əslində çətin bir yaranma mərhələsindən keçir. Qalaktikalar isə ulduzların birləşərək formalaşdığı nəhəng quruluşlardır.
Ulduzun yaranması qaz və toz buludunun cazibə qüvvəsi ilə sıxılmağa başlaması ilə başlayır. Bu prosesdə hidrogen atomları birləşərək nüvə sintezini əmələ gətirir. Nəhayət, qaz yığını ulduza çevrilir və işıq saçır.
Ulduz bu şəkildə enerjisini yaradır və ətrafdakı qazları qızdırır. Daha böyük ulduzlar daha sürətlə inkişaf edir, lakin ömrü daha qısa olur. Onlar nüvə yanacağını tükəndirdikdə fövqəlnova kimi partlayır və bu partlayış yeni ulduzların yaranmasına səbəb ola bilər.
Qalaktikalar: ulduzların kütləvi birləşməsi
Qalaktikalar kainatın ən böyük quruluşlarıdır və ulduzlar, qaz, toz və qaranlıq maddədən ibarətdir. Onların yaranması Böyük Partlayışdan sonra cazibə qüvvəsi ilə birləşən qaz və toz buludlarından başlayıb. Bu buludlar zamanla qalaktikalara çevrilib.
Qalaktikalar milyonlarla, bəzən milyardlarla ulduzdan ibarətdir. Onlar zamanla toqquşaraq birləşə bilər və bu proses yeni ulduzların yaranmasına və ya köhnələrinin yox olmasına səbəb ola bilər. Qalaktikaların mərkəzində isə adətən superkütləli qara dəliklər yerləşir.
Ulduzların və qalaktikaların təkamülü:
Ulduzlar yarandıqdan sonra onları təkamül prosesi gözləyir. Ömürlərinin sonunda ulduzlar adətən fövqəlnova partlayışlarında məhv olurlar, lakin bu partlayışlar kainatda yeni ulduzların yaranmasına yol açır. Qalaktikalar da oxşar şəkildə inkişaf edir. Yeni qalaktikalar toqquşma nəticəsində yaranır, ulduzlar ölür, lakin təkamül heç vaxt bitmir.
Kainatda sonsuz dövrdə ulduzlar və qalaktikalar
Ulduzlar və qalaktikalar kainatın ən füsunkar strukturlarıdır və hər biri özünəməxsus bir hekayə daşıyır. Hər bir ulduzun doğulması və hər qalaktikanın meydana gəlməsi kainatın nə qədər mürəkkəb və valehedici olduğunu nümayiş etdirir. Ulduzlar və qalaktikalar kainatın sonsuz dövrəsinin bir hissəsidir və bu dövrədə hər şey bir-biri ilə bağlıdır.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
