Bu gün:

Balenciaga moda evinin əfsanəvi modeli Daniyel Slavik vəfat edib


81 yaşında, Parisdə Daniyel Slavik vəfat edib.

Balenciaga moda evinin əsas modellərindən biri olan Slavik 1964–1968-ci illər arasında Kriştobal Balensiaga ilə əməkdaşlıq edib. Balensiaga modadan çəkildikdən sonra Slavik karyerasını davam etdirib və daha iki onillik ərzində Chanel, Madame Grès və Givenchy kimi markalarla çalışıb. 2022-ci ildə o, Balenciaga-nın rəhbəri olan Demnanın dəvəti ilə yenidən podiuma qayıtdı. Slavikin səhnəyə qayıdışı Demnanın ikinci alta moda kolleksiyasının bir hissəsi və moda evinin keçmişi ilə bugünü arasında körpü simvolu oldu. Demna Slaviki “Balenciaga-da keçirdiyim on il ərzində tanıdığım ən gözəl insan” adlandırır və etiraf edirdi ki, məhz o, özünü böyük modelyerin layiqli varisi kimi hiss etməyə kömək edib. Minnətdarlıq əlaməti olaraq, Demna ona 1966-cı il kolleksiyasından olan qara məxmər libasın surətini hədiyyə edib — bu, Slavikin sevimli geyimi olub və bir vaxtlar Qreys Kelli-yə məxsus idi.

Slavikin modaya gəlişi təsadüfi olub: o, kastinqə rəfiqəsi ilə birlikdə gedib və elə yerindəcə seçilib. Karyerasının başlanğıcını xatırlayaraq model deyirdi ki, Balensiaga ilə onu “ilk baxışdan sevgi” bağlayırdı. Yaşına və tərəddüdlərinə baxmayaraq, o, 2022 və 2023-cü illərdə yenidən podiuma çıxdı, 2024-cü ildə isə dizayner Pit Dullartın dəfiləsində yer aldı. 2025-ci ilin yanvarında isə o, Fransanın İncəsənət və Ədəbiyyat Ordeni ilə təltif olunan Demnanın mükafatlandırılma mərasimində iştirak edib.

Daniyel Slavikin dəfn mərasimi cümə günü Parisdə baş tutacaq.

Mənbə: kanobu.ru

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et